“Beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa əməl etməyə cağırsınlar”
Tarix: 06.07.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


4 iyul 20:40 saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisinin yaşadığı ərazisi artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulub. Bu zaman mərmilərdən biri kənd sakini Salman Quliyevin həyətinə düşüb. Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olub. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb. Eyni zamanda mülki şəxslərin evlərinə və digər obyektlərə ciddi zərər dəyib. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumların edilməsi sistematik xarakter daşıyır. Bu isə münaqişə zonasında gərginliyin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikasında fəaliyyət göstərən, bir çox beynəlxalq tədbirlərin aktiv iştirakçısı, beynəxalq və xarici ölkələrin gənclər təşkilatları ilə sıx əməkdaşlıq edən Qeyri-Hökümət Gənclər Təşkilatı olaraq məqsədimiz, uşaq və gənclərin beynəlxalq konvensiyalarla qorunan hüquqlarının müdafiəsidir. Bütün beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən bu vandalizmə, terrora münasibət bildirmələrini xahiş edirik. Xahiş edirik ki, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə və törətdiyi təxribata cavab verməyə çağırasınız.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info