İtaliyalı alimin köməyi ilə quruyan şabalıd ağacları yoxlanılıb
Tarix: 06.07.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) Florensiyada yerləşən Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, professor Biankaelena Maserti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda işgüzar səfərdədir.
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, italiyalı alim AMEA və İMTŞ-nin elmi əməkdaşlığa dair saziş və əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” layihəsi üzrə ölkəmizə səfər edib. O, Botanika İnstitutunda keçirilən seminarda iştirak edib. Botanika İnstitutu direktorunun müavini Eldar Novruzov aparılan birgə layihənin tədqiqat istiqaməti və əhəmiyyətindən danışıb. Sonra institutun mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayevanın Azərbaycanda şabalıd ağaclarında Cryphonectria parasitica göbələyi və onun törətdiyi xəstəliyin hazırkı vəziyyətinə dair məruzəsi dinlənilib. Professor B.Maserti İMTŞ-nin Davamlı Bitki Mühafizə İnstitutunda aparılan tədqiqat işləri və laboratoriyaların texniki təchizatı barədə ətraflı məlumat verib.
Sonra italiyalı alimin iştirakı ilə Qəbələ və Göyçay rayonlarına ekspedisiya təşkil edilib. Qəbələnin təbii meşə sahələrində yeni quruyan şabalıd ağacları yoxlanılıb və nümunələr götürülüb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info