“Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görülməlidir”
Tarix: 06.07.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi: “Beynəlxalq təşkilatları öz missiyalarına uyğun şəkildə Ermənistandan işğalçı qoşunlarını təxirə salınmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını tələb etməyə çağırırıq”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini gülləbaran etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc insanların həlak olması ilə nəticələnib: “Atəş nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfat və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib. Ermənistan vandallarının və hazırda işğalçı dövlətin rəhbərliyində təmsil olunanların vaxtilə Xocalı soyqırımı kimi bəşər nəslinə qarşı törədilmiş vəhşilikləri, qətliamı, körpə və məsum uşaqların soyqırımını burada bir daha xatırlatmaq lazım gəlir. Alxanlıda yenidən körpə qanının tökülməsi isə Ermənistan dövlətinin qaniçən simasını bir daha bütün çılpaqlığı ilə açıb göstərdi. Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq təşkilatlar Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Cəzasız qalacağına inanan Ermənistan isə təcavüzkar əməllərini davam etdirərək, körpə qətliamına və işğala son qoymur.  Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) Ermənistanın dinc əhaliyə qarşı növbəti vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz missiyalarına uyğun şəkildə Ermənistandan işğalçı qoşunlarının təxirə salınmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info