Pirallahıda insanların asudə vaxtlarının səmərəli təşkili təmin edilir
Tarix: 06.07.2017 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf tempini artıran, bir çox nüfuzlu siyasətçilərin də təsdiq etdiyi kimi, Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonunun sakinləri də bu müsbət proseslərə qoşulmuşlar. Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri geniş vüsat alır.
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində ümumi sahəsi 1 hektar olan ərazidə yeni “Yaşıl park” əhalinin istifadəsinə verilmişdir. Parkın ərazisində landşaft kompozisiyaları düzəldilib, yeni həmişəyaşıl və dekorativ ağaclar əkilib, qazon örtüyü salınmışdır. Layihəyə uyğun olaraq parkda gecə işıq dirəkləri, yeni oturacaqlar, söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılmışdır. Bundan əlavə, ərazidə metal konstruksiyadan iaşə obyekti və ticarət mərkəzinin inşası aparılır.
Gürgən qəsəbəsində əhalinin istirahəti üçün düzəldilmiş süni gölün ətrafında “Gürgən parkı”n salınması işləri davam etdirilməkdədir. Həmin ərazidə yerləşən göl çirkab sulardan təmizlənmiş, əhalinin istirahəti üçün gölün yenidən qurulması işləri həyata keçirilmişdir. Gölün ətrafında perimetri boyu 4 m enində yol düzəldilmiş, həmçinin göl boyu 300 m məsafədə qaya daşları düzülmüşdür. Gölün qırağında hündürlüyü 9 m, eni isə 12 m olan şəlalə quraşdırılmışdır. Burada quraşdırılmış şəlalənin yanında, gölün daxilində iki ədəd fontan düzəldilmiş, gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə dekorativ yel dəyirmanı quraşdırılmışdır. Gölün üzərində isə 12 m uzunluğunda piyadalar üçün dekorativ körpü düzəldilmiş, ətrafı boyu yerləşən mövcud yamac hissədə yaşıllıqlar salınmışdır. Həmçinin gölün yanında iaşə obyektin inşa olunması nəzərdə tutulmuşdur. Gölün yanında yerləşən mövcud yamac hissədə yaşıllıqlar salınmışdır və ərazidə oturacaqlar qoyulmuşdur. “Gürgən parkı” ilə üzbəüz 200 m-lik məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya daşları, xırda daşlar və s. estetik gözəllik yaradan elementlərdən istifadə olunmaqla “Balıqçı Həyatı” kompozisiyası qurulmuşdur. Burada balıqçı, neftçi və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmış, balıqçı torlarından ibarət çəpərlər düzəldilmişdir. Bundan əlavə ağac kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Həmçinin əraziyə qazon örtüyü salınmış, ağac və müxtəlif növ gül kolları əkilmişdir.
Pirallahı qəsəbəsinin cənub hissəsində 2.86 ha ərazidə “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmaqdadır. Kompleksin “Nərəkənd park” hissəsində işlər artıq yekunlaşmışdır. Park ərazisində tamet və asfalt yollar salınıb, ağaclar və qazon əkilib, suvarma və işıqlandırma işləri yerinə yetirilib, uşaqlar və böyüklər üçün idman qurğuları yerləşdirilib. Həmçinin dəniz qırağında sahil bərkitmə işləri aparılmış, 2 ədəd panton tipli körpü quraşdırılmış, yelkənli və balıqçı qayıqlarının yanalması üçün istifadəyə verilmişdir.
Pirallahı qəsəbəsindəki “Gənclər parkı”, “Uşaq əyləncə parkı”, Neft Daşlarında “Heydər Əliyev parkı” abadlaşdırılmışdır. Bunlardan əlavə bir neçə məhəllədə kiçik mini-parklar salınır. S.Vurğun küçəsində rayonun baş planına uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmış, əraziyə torpaq tökülərək hamarlanmışdır.
Rayon ərazisində olan yaşıllıqların mütəmadi olaraq suvarılması, alaq otlarından təmizlənməsi, qazonların biçilməsi işləri aparılmışdır. Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülmüşdür. Ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, o cümlədən, insanların sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı və ardıcıl xarakter daşıyır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info