Ermənistanın Niderlanddakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək
Tarix: 06.07.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


İyulun 11-də Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə Avropa Azərbaycanlıları Cəmiyyətin rəhbəri Emil Əliyev məlumat verib. Bildirilib ki, aksiya Avropa Azərbaycanlıları Cəmiyyəti və Niderland və Avropanın digər təşkilatlarıyla birgə təşkil olunacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və nəticədə 50 yaşlı qadının və nəvəsinin erməni gülləsindən həyatlarını itirməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.
Aksiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.
Mitinqlə bağlı icazə Niderland polisinə və Haaqa şəhərinin bələdiyyəsinə xəbərdarlıq məktubu artıq göndərilib.
Qeyd edək ki, aksiya iyulun 11-də saat 15:00-da Ermənistanın Haaqadakı səfirliyinin (Laan van Meerdervoort 90, 2517 AP Den Haag) qarşısında baş tutacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info