“Alxanlı kəndində törədilənlərlə Xocalıda törədilənlər arasında oxşarlıqlar var”
Tarix: 06.07.2017 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi və yaralanması ilə nəticələnən erməni təxribatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də keçiriləcək görüşü ərəfəsində baş verməsi təsadüfi deyil.Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Bu hadisənin Ermənistanın rəsmi siyasətini bir daha ortaya qoyduğunu deyən A.Mirzəzadənin sözlərinə görə, onlar dinc əhaliyə qarşı bu cür qəddar münasibət göstərməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını göstəririlər:“Bununla onlar xarici işlər nazirlərinin görüşünü pozmağa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasiqişəsinin həllini uzatmağa çalışırlar. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq hüquq normalarını pozur və ortada olan bütün təklifləri, real təşəbbüsləri belə təxribatları ilə sıradan çıxarmağa çalışırlar. Bu gün Ermənistan hakimiyyətinin hər hansı konstruktiv addımı yoxdur”.A.Mirzəzadə qeyd edib ki, 2 yaşlı bir körpənin öldürülməsini bir erməni əsgərinin təsadüfi hərəkəti hesab etmək olmaz.Deputat hesab edir ki, bu, düşünülmüş bir aksiyadır və bunun arxasında böyük, çirkin maraqlar dayanır.
Ermənilərin bu təxribatla həm də Azərbaycan cəmiyyətində bir xof yaratmağa çalışdıqlarını deyən A.Mirzəzadə əlavə edib ki, Alxanlı kəndində törədilənlərlə Xocalıda törədilənlər arasında oxşarlıqlar var.
Beynəlxalq təşkilatlar tərəfindən ermənilərin təxribatçı hərəkətlərinin qarşısının alınmasını və onların bu hadisəyə öz münasibətlərini bildirmələrini vacib sayan deputat deyib ki, böyük dövlətlər Ermənistana qarşı sanksiyalar tətbiq etməli və beynəlxalq hüquq normalarına riayət etməyi tələb etməlidirilər:
“Bu gün dünya erməni təhlükəsinin olmasının fərqinə varmalıdır. Ən dəhşətlisi odur ki, Ermənistan cəmiyyətinin bir hissəsi bu faşist ideologiyasının daşıyıcısına çevrilib. Ermənistanda sosial şəbəkələrdə iyulun 4-də öldürülmüş Zəhra Quliyevanın şəkli ilə bağlı təhqiredici yazılar yayılır. Bu gün erməni gənci qonşu dövlətlərlə dostluq, sivil düşüncələrin təbliğinə deyil, vəhşi hisslərin təbliğinə üstünlük verir. Bu isə Sarkisyan rejiminin siyasi bəhrələri hesab edilə bilər. Ermənistan hesab edir ki, bununla Azərbaycanı qorxuda biləcək, Dağlıq Qarabağ məsələsinin həllini uzada biləcək. Bu, çox böyük səhvdir”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info