“Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı Londonda təmsil olunub
Tarix: 06.07.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Aparıcı Elektron identitet və təhlükəsizlik üzrə Avropa Assosiasiyası (EEMA) – “Məxfilik və identitet: İmkanlar və çağırışlar” mövzusunda konfidensiallıq və elektron identitetin qlobal məsələlərinə həsr olunan 30-cu illik konfrans keçirib. Tədbir çərçivəsində assosiasiyanın yubileyi də qeyd edilib.
“B.EST Solutions” şirkətindən bildirilib ki, “Microsoft”un Londondakı baş ofisində keçirilən konfrans elektron mobil identitet və ciddi audentifikasiya texnologiyalarının, etibarlı xidmətlərin, konfidensiallığın, risklərin idarə edilməsi, kibertəhlükəsizlik, əşyaların interneti, süni intellekt və blokçeyn texnologiyalarının dünya bazarında inkişafı, eləcə də Avropa İttifaqında və qlobal bazarlarda yeni layihələr kimi mövzulara həsr olunub.
Yubiley konfransın işində bu sahələrdə ən aktual məsələləri müzakirə etmək və təhlükəsiz rəqəmsal identifikasiyanın təkamülü haqqında yüksəkixtisaslı auditoriyanı məlumatlandırmaq məqsədilə özəl sektordan, dövlət təşkilatlarından olan dünya ekspertləri, novatorlar və bazarın aparıcı oyunçuları iştirak ediblər. DG CONNECT (Avropa Komissiyası) və ENISA-nın dəstəyi, EEMA və “Microsoft”un təşkilatçılığı ilə baş tutan konfransda gələcək tendensiyalar və texnologiyalar, böyük həcmdə verilənlər və analitika, mobil identifikasiya və elektron etibarlılıq, şəxsiyyətin müəyyənləşdirilməsi və etibarlı audentifikasiya, əşyaların interneti və süni intellektin təhlükəsizliyinin təmin edilməsi, nizamlama və hüquqi məsələlər, blokçeyn, eləcə də Avropa İttifaqı və qlobal bazarlar üçün layihələrin hazırlanması kimi mövzular müzakirə edilib.
İki gün davam edən konfrans çərçivəsində bu sahələrdə bəzi həllər və tədqiqat layihələrinin nümayişi üçün sərgi də təşkil edilib ki, burada qonaqlar həmin sahələrdəki son nailiyyətlərlə tanış olublar.
ABŞ, Böyük Britaniya, Estoniya, Almaniya, Avstriya, Niderland, Fransa, Türkiyə, İtaliya kimi ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin sənaye liderlərinin sırasında Azərbaycan da təmsil olunub.
Azərbaycanın innovasiyası olan “Asan İmza”, eləcə də innovativ dövlət “Startup”ı olan Rəqəmsal Ticarət Qovşağının tətbiqinin və işlənib hazırlanmasının nəticələri “Asan İmza” mobil elektron imzanın operatoru olan “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim olunub.
“Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” mövzusunda məruzədə qeyd edilib ki, mobil identitet və imza xidməti olan “Asan İmza” dövlət və özəl elektron xidmətlərə istənilən anda və təhlükəsiz şəkildə əlyetərliliyi təmin edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə əl imzasına bərabər tutulan elektron imza qoymağa imkan verir ki, bu da onu elektron xidmətlərin inkişafı məsələlərində üstün alət edir.
Bu gün “Asan İmza”nın köməyi ilə elektron vergi bəyannamələrinin verilişi, malların və transsərhəd vasitələrinin elektron gömrük bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.
““Asan İmza” eyni zamanda, İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsi kimi təqdim edilir”, - deyə Yana Krimpe bildirib.
Bundan əlavə Yana Krimpe konfrans nümayəndələrini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən “Asan İmza”nın “Azexport.az” portalına inteqrasiyasının da daxil olduğu innovativ Azərbaycanın digər nailiyyətləri ilə də tanış edib.
Portal hazırda Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və “Alibaba.com”, “Wholesale” və “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi “Azexport.az” portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. “mRezident” layihəsi (“Asan İmza” istifadəçiləri olacaq xaricilər) konfrans iştirakçılarının xüsusi marağına səbəb olub.
Bu yaxınlarda “Asan İmza” mobil elektron imzanın köməyi ilə istənilən vacib sənədin elektron şəkildə imzalanmasının mümkün olduğu vahid “AsanDoc.az” portalının istifadəyə verilməsi Azərbaycanda dövlət müəssisələri və banklarla rahat və hüquqi baxımdan qanuni olan əlaqəni təmin edib, eləcə də özəl şirkətlər arasında sənəd dövriyyəsi prosesini sadələşdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info