Ermənistana xaricdən göndərilən pul köçürmələri gündən-günə azalır
Tarix: 06.07.2017 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Bu ölkənin xarici borcu ÜDM-in 60 faizinə yaxınlaşır

Ermənistan yenə qan ağlayır. Sadə erməni əhalisi ilə yanaşı, bəzi məmurlar da ölkənin qüruba getdiyini etiraf etməkdədirlər. Erməni rəhbərliyinin isə ölkə iqtisadiyyatını ayaqda saxlamaq üçün xarici kreditlərdən yararlanmaqdan başqa bir yolu qalmayıb.
Erməni iqtisadçılarının hesablamalarına görə, 2015-ci ildə ÜDM-ə nisbətdə ölkənin büdcə kəsiri 4,8 faiz təşkil etmişdisə, 2016-cı ildə bu göstərici 5,5 faiz olmuşdu. Amma erməni başbilənləri ölkə üçün problemə çevrilməkdə olan xarici borcu dayandırmaq üçün bu il ÜDM-i 2,8 faizə qədər azaltmağı planlaşdırırlar. Maraqlıdır, nəyin hesabına? Vaxtilə böyük ümidlərlə Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistan rəhbərliyinin öz xalqı qarşısında götürdüyü öhdəlikləri bu gün yerinə yetirmək iqtidarında olmadığı göz önündədir. Məlumdur ki, əsasən yay aylarında Ermənistana göndərilən fərdi pul köçürmələri daha çox Rusiyaya mövsümi iş üçün gedən ermənilərin hesabına həyata keçirilir. Hətta bir müddət bundan əvvəl ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilə bilərdi. Bu gün isə ölkə yeni təbəllülatlarla üz-üzə qalıb. Ermənistana pul göndərənlərin sayı ilə bərabər, həcmi də xeyli azalıb. Bunu Ermənistanın həsrətlə pul gözləyəən maliyyə naziri Vardan Aramyan da ölkə parlamentinin növbədənkənar iclasında etiraf etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, ötən ilin sonunda Ermənistanın borc məbləği 5 milyard 942 milyon dollar təşkil edib ki, bu da ÜDM-in 56,7 faizindən çoxunu təşkil edir.
Maliyyə naziri təkcə son üç ildə ölkəyə göndərilən pul köçürmələrinin həcminin 38,5 faiz azaldığını da bildirib. Hesablamalara görə, təqribən 830 milyon dollar təşkil edən bu sərmayə kasıb Ermənistan üçün doğrudan da, çox böyük itkidir. Təbii ki, Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən tətbiq edilmiş iqtisadi qadağalar düşmən ölkənin də süfrəsini kasadlaşdırıb. Axı, heç bir istehsal müəssisəsinə malik olmayan Ermənistan dünya bazarına çıxara biləcəyi elə bir məhsula da malik deyil. Ölkənin Rusiyaya ixrac etdiyi yeganə məhsul şərab və konyaklar idi ki, artıq bu gün onlar da rus bazarlarında öz alıcısını itirməkdədir. Rusiyali iş adamlarının bildirdiyinə görə, erməni şərab və konyaklarının qiymətində bahalaşma baş verdiyindən, bu məmulatlar çox çətin satılır.
Hətta bəzi erməni işbazları deyilənlərlə razılaşmayaraq, özləri Rusiya bazarlarında şərab və konyak satışını dayandırmaq niyyətindədirlər. Deyəsən, bunun da əsası yetişməkdədir. Belə ki, «Novosti-Armeniya» saytında bu il Ermənistanın üzüm istehsalında elə bir məhsuldarlığın olmayacağı barədə məlumat yer alıb. Sayt bu fikirləri Ermənistanın kənd təsərrüfatı naziri İqnati Arakelyanın fikirlərinə istinad edərək dərc edib: «Ölkədə baş verən təbii fəlakətlər, ilk növbədə, üzüm və alma bağlarına təsirsiz ötüşməyib. Ona görə də, bu məhsullar üzrə hər hansı bir məhsuldarlıq yüksəlişi barədə danışmağa dəyməz».
Belə görünür ki, ümid yenə Rusiya və dünyanın başqa ölkələrinə pul qazanmaq həsrəti ilə gedən sadə ermənilərə qalıb. Yeri gəlmişkən, 2017-ci ildə Rusiyada gözlənilən iqtisadi artım və bunun Ermənistana da böyük böyük dəstəyi olacağı barədə ümidlər avazımaqdadır.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info