Azərbaycanın diaspor təşkilatları birgə bəyanat yayıblar
Tarix: 06.07.2017 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Azərbaycan diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar.
 Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatı Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma  Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) imzalayıb. 
 Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.  
  “Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda  Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti  atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülkü şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyrçi  qalmasınlar” - deyə bəyanatda qeyd olunur. 
 Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info