“Qarabağda dinc sakinlər, uşaqlar ölür, dünya isə buna soyuqqanlı yanaşır”
Tarix: 06.07.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Cəbhədə ermənilər tərəfindən azərbaycanlı uşaqların öldürülməsi birinci hal deyil. Bundan öncə də belə vəhşi hadisələr olub. Bir neçə il bundan qabaq ermənilər oyuncağın içinə partlayıcı qurğu yerləşdirmişdilər”.
 
Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. 
 
"Həmin vaxt da dünya ictimaiyyəti bu hadisəyə sakit yanaşmışdı. Ümid edirik ki, bu dəfə belə olmayacaq, dünya ictimaiyyəti bu hadisəyə lazımi qiymət verəcək. İki yaşlı Zəhra həyatını itirdi, ona görə ki, dünya ictimaiyyəti bu münaqişənin bitməli olduğunu anlasın. Bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Dinc sakinlər, uşaqlar ölürlər. Lakin bütün dünya buna soyuqqanlı yanaşır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bundan başqa nə arqument, nə sübut lazımdır ki? BMT-nin dörd qətnaməsi var. Lakin bütün bunlara, cəbhədə uşaqların qanının tökülməsinə dünya sakit yanaşır. Bir daha dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə diqqət yetirməyə çağırırıq. Onları ədalətli olmağa, münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıram. Bəli, bu hüquq çətindir. Lakin burada hər şey aşkardır. Təcavüzkar kimdir, qurban kimdir məlumdur. Məlumdur ki, kim hansı yolla nəyə nail olmaq istəyir", - deyə o vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
“Taliban“ tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info