“Günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər məni çox kədərləndirdi”
Tarix: 06.07.2017 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Növbəti erməni təxribatı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir.
Bu barədə erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşar (André Reichardt) bəyanat verib.
O qeyd edib: "Günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər məni çox kədərləndirdi. Azyaşlı uşağın qətlə yetirilməsi xəbərinin isə mənə xüsusi təsiri oldu. Mən Azərbaycan ailələri və hakimiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bu dramatik hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır. Mən bunları Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda təşkil etdiyi konfransda da demişəm. Təsadüfi deyil ki, Prezident Emanuel Makron bu məsələni hər zaman diqqət mərkəzində saxlayır".
A.Reyşar bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun digər həmsədrləri Rusiya və ABŞ ilə birlikdə bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsinin tərəfdarıdır və bunun üçün öz töhfələrini verməkdədir:
"Münaqişə ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması münaqişənin sülh yolu ilə həll edilməsinin əsas şərtidir. Mən Azərbaycan Ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info