İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər
Tarix: 06.07.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, iqtidar Demokratik Partiyadan olan deputat Kristina Bargero bildirib ki, bu gün daha bir körpənin həyatından qəddarlıq nəticəsində məhrum olması xəbərini almaq və hələ də aktiv fazada qalmaqda davam edən Ermənistan-Azərbaycan münaqişəsi barədə az yazan bir çox mətbuat orqanlarının laqeydliyini görmək çox ağrılıdır. “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın silahlı qüvvələri tərəfindən iki yaşlı körpə qətlə yetirilib",- deyə italiyalı deputat vurğulayıb.
Deputat K.Bargero Ermənistanın ən tez zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracağına və beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiyini bildirib. "İtaliya hökuməti isə gələn il ATƏT-ə sədrliyi dövründə konstruktiv danışıqlar vasitəsilə uzunmüddətli sülhün bərqərar olunması yolunda fəaliyyət göstərməlidir”,- deyə Kristina Bargero fikirlərini tamamlayıb.
Hakim Demokratik partiyadan olan digər deputat, xarici əlaqələr daimi komissiyasının üzvü Xalid Çauki isə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir. O deyib: “Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.
İtaliya Senatında 5 ulduz hərəkatı partiyasının təmsilçisi, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Vito Petroçelli isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamalıdır. İtalyan senator deyib ki, 30 ilə yaxın davam edən bu müharibə ilə bağlı həm BMT, həm də ATƏT öz rəylərini dəfələrlə bildiriblər və dünən də bir qadın və bir körpənin həyatlarını itirməsinə münasibətdə susqunluq hökm sürür.
Deputatlar Kristina Bargero və Xalid Çaukinin bəyanatları mənsub olduqları Demokratik partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi-ANSA tərəfindən yayılıb, senator Vito Petroçellinin bəyanatı isə ANSA agentliyində yerləşdirilib:
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info