“Beynəlxalq ictimaiyyət işğalçı Ermənistanı himayə etməyə son qoymalıdır”
Tarix: 06.07.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır”. Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır: “Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.
Cəmi 18 ay ömür sürmüş Zəhranın Ermənistan əsgərlərinin atdığı mərmidən həlak olması istər-istəməz işğalçı tərəfin yaxın keçmişdə törətdiyi digər qanlı cinayətləri bir daha yada salır. Ermənistanın nəzarəti altında olan ərazidən Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun 2012-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olması, Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin 2011-ci ilin martın 8-də açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilməsi bizim yaddaşımıza həkk olunub.
Ermənistan tərəfinin bu cinayəti ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonra baş verməsi onun təsadüfi olmadığını göstərir. Doğrudan da, yaxın keçmişə nəzər saldıqda görürük ki, danışıqların intensivləşdiyi bir vaxtda, vacib nəticələrin gözlənildiyi ərəfədə, həmsədrlərin regiona növbəti səfərləri ərəfəsində və ya ondan sonra bir qayda olaraq Ermənistan tərəfi atəşkəsi pozmuş, bu zəmində mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların qətlə yetirməsi halları artmışdır.
Bu dəfə də belə oldu – ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başa çatdıqdan sonra düşmən öz ənənəsinə sadiq qalaraq növbəti qanlı cinayət törətdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrdə substantiv danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar edilən bir zamanda Ermənistanın mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş təxribatlara əl atması bu dövlətin işğala son qoymaqda maraqlı olmadığını bir daha sübuta yetirir.
Əlbəttə, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tədbiq edilməməsinən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə olan halda beynəlxalq təşkilatlar işğalçı Ermənistanın havadarları rolunda çıxış edirlər və faktik olaraq 18 aylıq Zəhranın və digər azərbaycanlı azyaşlı uşaqların qatili olan Ermənistana de-fakto dəstək verirlər. Odur ki, beynəlxalq ictimaiyyət biganəliyə, işğalçı Ermənistanı himayə etməyə son qoymalı, işğalın aradan qaldırılması üçün real addımlar atmalıdırlar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info