“Azərbaycan neçə ildir ki, erməni terrorundan əziyyət çəkir”
Tarix: 06.07.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular. Ermənistanın bu təxribatına Azərbaycan cəmiyyətindən ciddi narazılıqlar və etirazlar gəlməkdə davam edir. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bildirib ki, heç bir şərt altında bu azyaşlı körpənin-Zəhranın qanı yerdə qalmamalıdır: “Azərbaycan neçə ildir ki, erməni terrorundan əziyyət çəkir. Biz dünyanı inandırmağa çalışırıq və inandırırıq ki, erməni terroru bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Artıq bizim səbrimiz tükənib. Baxmayaraq ki, bütün dünya ictimaiyyəti bu haqsızlığa susur. Mən düşünürəm ki, nə qədər biz sülhsevər xalq olsaq da, amma bu cür qətliamların cəzasız qalmasına imkan verməyəcəyik. Şərəfsiz erməni ordusunun gücü yalnız körpələrə və qadınlara çatır. Düşünürəm ki, biz hamımız həmrəy olmalıyıq. Nə qədər acı olsa da, təmkinimizi qorumalıyıq və konkret addımlar atmalıyıq. Bütün Azərbaycan xalqını sosial şəbəkələrdə də aktiv olmağa çağırıram. Ən azından dünya millətlərinə səsimizi çatdıra bilək. Heç bir şərt altında Zəhra balamızın qanı yerdə qalmamalıdır. Ermənilərin və onların havadarlarının cəzalarını almasına çox az qalıb. Dünəndən bu günə qədər sosial şəbəkələrdə ermənilərin 2 yaşında qız uşağına yazdığı təhqiredici sözlər bir daha göstərdi ki ermənilər vandal bir millətdir. Artıq ermənilərə qapaz vurmağın vaxtı çatıb”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info