Britaniyalı parlamentarilər ermənilərin Füzulidə törətdiyi vəhşiliyi pisləyiblər
Tarix: 06.07.2017 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutmasına, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər.
 
Lord Kilkluney regiona dəfələrlə səfər etdiyini, münaqişənin diplomatik yolla həll olunacağına əmin olduğunu bildirib: “Təmas xəttində istənilən insan ölümü halları təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir".
 
Baronessa Zahidə Mənsur isə qeyd edib ki, insan ölümü bütün hallarda faciədir: “Azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusən ağırdır. Erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər”.
 
Öz növbəsində Mark Menzies bildirib ki, regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir: “İki yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqlarının pozulmasına yönəlmiş bir addımdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info