Şuşa Dövlət Musiqili Dram Teatrı bölgələrə qastrol səfəri edəcək
Tarix: 29.04.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Şuşa Dövlət Musiqili Dram Teatrı aprelin 30-da Yardımlıda qastrol səfərində olacaq.
Teatrın direktor müavini Azad Məmmədovun verdiyi məlumata görə, teatr Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında eyniadlı musiqili ədəbi-bədii kompozisiya hazırlayıb.
Kompozisiyanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur. Rollarda əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova, Nazir Rüstəmov, Xanirə İsgəndərov, Etibar Cəfərov, Rasəf Mehdiyev və s. çıxış edəcək.

Teatr həmçinin mayın 1-də Şabran, mayın 2-də Xaçmaz rayonlarına səfər edəcək. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Nazir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, İqrar Salamov, aktyorlar Azad Məmmədov, Püstəxanım Zeynalova, Nazir Rüstəmov və Məmməd Məmmədov və başqaları çıxış edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info