Kürdəmirin 12 kəndində içməli su təchizatı sistemləri yaradılacaq
Tarix: 07.07.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunun 12 kəndində içməli su təchizatı sistemləri yaradılacaq. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin icrası davam etdirilir. Sərəncama əsasən, 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin yaradılması nəzərdə tutulur. Həmin kəndlərin 12-i Kürdəmir rayonundadır. Layihəyə uyğun olaraq rayonun Qarabucaq qəsəbəsi, Qurdbayram, Ucarlı, Cəyli, Mürtülü, Qaraqocalı, Qağacılı, Yeni Şıxımlı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli, Şahsevən kəndlərində su təchizatı sistemləri yaradılacaq. Hazırda 6 kənddə (Mürtülü, Qağacılı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı) layihələrin icrası intensiv şəkildə davam etdirilir. Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur. Kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 29 kilometr olan su xətlərinin 14 kilometrlik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Ümumilikdə Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb. Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində 267 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info