Şirvan şəhərində Gənclər evi istifadəyə verilib
Tarix: 07.07.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Şirvan şəhərində yeni inşa edilmiş Gənclər evinin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər. Şirvan şəhər Gənclər evi Prezidentin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa olunub. Şirvan Gənclər evi 3 mərtəbədən ibarətdir. Binanın zirzəmisində gənclər klubu, masaüstü oyunlar, bilyard, fitnes, stolüstü tennis zalları və anbar yerləşir. Birinci mərtəbədə iş otaqları, fiziki imkanları məhdud gənclər üçün ünsiyyət klubu, internet klub, gənclərin intellektual klubu, yaşayış otağı (5 otaq 10 çarpayılıq), xidməti təsərrüfat otağı, mətbəx, ikinci mərtəbədə kompüter qrafikası dərnəyi, rəsm studiyası, texnika və ixtiraçılıq klubu, gənc iqtisadçılar klubu, psixososial reabilitasiya xidməti, ekologiya dərnəyi, kitabxana, karyera mərkəzi, peşə yönümü mərkəz, vətənpərvərlik klubu, sərgi zalı, xarici dillər klubu, videostudiya, ölkəşünaslıq dərnəyi, toxuculuq və tikiş dərnəyi, istedadların hazırlığı laboratoriyası, üçüncü mərtəbədə isə 108 nəfərlik akt zalı, hazırlıq otağı, kiçik toplantı zalı var. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Şirvan şəhəri də daxil olmaqla, bu gün ölkəmizdə 39 Gənclər evi fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 Gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulub. Əminəm ki, şirvanlı gənclərin bir araya gəlməsində, onların müxtəlif layihə və ideyalarının həyata keçirməsində bu gün istifadəyə verilən Gənclər evinin xüsusi rolu olacaq”. Sonra qonaqlar binada yaradılan şəraitlə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info