Əvəlik bitkisi
Tarix: 29.04.2013 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Botaniki təsnifatı. Əvəlik bitkisi Qırxbuğum – Polygonaceae fəsiləsindəndir. Əvəlik cinsinin dünya florasının tərkibində 200 – ə qədər növü yayılmışdır. Cinsin əsas xarakter xüsusiyyətlərindən biri onun 3 bölümlü sadə çiçək yatağının yarpaqlarıdır ki, iki dairədə düzülmüşdür. Saplağı əsas hissədən qıf şəkillidir. Əvəlik cinsi çox polimorf, politip olub, təbii poliploidlərdə rast gəlinir. Əvəlik növləri ən çox şimal yarımkürəsinin mülayim iqlim zonalarında yayılmışdır. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növünə təsadüf edilir.
Çiçəkləri bircinsli və ikicinsli olub, çəhrayı, qırmızı, sarımtıl və yaxud qarışıq rənglərdən ibarətdir. Çiçək yatağı 6 yarpaqcıqdan ibarətdir, erkək çiçəkləri daha çox uzunsovdur, daxildən azca iridir, yuxarıya doğru istiqamətlənmiş halda olub, töküləndir. İkicinsli çiçəklərin dişi çiçəkləri, xaricdə yerləşən yarpaqları aşağı doğru əyilmiş və çiçək saplağına sıxılmış daxildən meyvəni qucaqlamışdır və yuxarıya doğru istiqamətləşən meyvədən azca uzundur. Erkəkciyi 6 ədəd olub cüt halda çiçək yatağının ətrafında yerləşmişdir. Dişiciyi 3 sapvari, sütuncuqdan ibarət olub salxımvari ağızcıqdan ibarətdir. Hamaşçiçəyi enli və yaxud qısa süpürgəvari piramida şəklindədir. Çiçək saplağı yerləşmə vəziyyətindən asılı olaraq fərqlidir. Bir növdə çiçək saplağı çiçək yatağının yarpaqlarının aşağı hissəsində, digər növlərdə isə çiçək saplağı ortada və ya əsas hissədə yerləşir. Gövdəsi nazik, sərt və uzunsov olub, hamaşçiçəkləri yuxarıdan budaqlanan az yarpaqlı 100 – 150 sm hündürlüyündədir. Yarpaq saplaqları müxtəlifölçüdə olub, aşağı hissəsindən kökətrafı rozetkası müxtəlif sıxlıqda olub, bəzən isə rozetkası olmur. Yarpağının ayası bütövdür, uzunsovdur, xətvari, lansetvari, böyrəkvari forma şəklindədir. Mədəni növlərində əsas hissədə tükvari, ürəkvari, nadir hallarda oxvaridir. Kökü saçaqlı budaqlanan iyvari kök yumrusu nazikləşmiş, kökümsovdur. Cinsə daxil olan növlərin əksəriyyəti çoxillik, nadir hallarda birillik ot bitkiləridir.
Əvəlik – kosmopolit bitki olub yer kürəsinin hər yerində yayılmışdır. Bunun əksər növlərinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar. Mezofit bitki olub, ən çox çəmənliklərdə, meşə kənarlarında, dağ yamaclarında, yarğanlarda, göl, dəniz vadilərində alaq otu kimi yayılmışdır. Bir çox tədqiqatçılar belə güman edirlər ki, əvəliyin ilk məkanı Amerika qitəsi olmuşdur.
Tətbiqi. Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əməmlə gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin iksirləri hazırlanır. Meyvəsindən alınan cövhər büzüşdürücü, qankəsici vasitə kimi işlədilir.Toxumu yetişən ərəfədə mal – qara üçün təhlükəli olub, zəhərlənmə yaradır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info