Təxribat Ermənistan hərbi-siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərdi
Tarix: 07.07.2017 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələri tərəfindən 4 iyul 2017-ci il tarixində Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi Azərbaycan cəmiyyətində narazılıq doğurub. Məlum olaylarla əlaqədər bir sıra təşkilatlar etiraz bəyanatları yayıblar. Bunlardan biri də “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyidir. Təşkilatın yaydığı bəyanatda deyilir:


“4 iyul 2017 – ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bütün Azərbaycan ictimaiyyətini, o cümlədən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin üzvlərini hiddətləndirmişdir. Təxribat xarakterli bu vəhşilik aktı Ermənistan dövlətinin, Ermənistan hərbi – siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərmişdir.
Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücümlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı BMT – nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir.Üstəlik Ermənistan hərbi – siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəf alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli alçaq fəaliyyətlərini davam etdirir.
Təəssüf ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni – yeni terror fəaliyyətlərinə həvəsləndirir.
Ermənistan hərbi – siyasi rəhbərliyinin tapşırığına əsasən erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi olaraq, beynəlxalq qurumlardan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarını qınamağı, işğal edilmiş Azərbaycan torpaqlarının qeydsiz- şərtsiz azad olunmasını üçün qərarlar qəbul etməyi tələb edirik”.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info