Ermənilərin azyaşlı uşağı qətlə yetirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Tarix: 07.07.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi 4 iyul tarixində erməni silahlı birləşmələrinin Azərbaycanın dinc sakinlərə qarşı törətdiyi terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda deyilir: “Ermənilər tarix boyu Azərbaycan torpaqlarına yiyələnmək istəyib və bu istəyə nail olmaq üçün müxtəlif iyrənc üsullardan istifadə etmişlər. Əsrlər boyu Azərbaycana qarşı ərazi iddiası irəli sürən ermənilər dinc sakinlərə- uşaqlara, qocalara qarşı terror törətmək planından istifadə ediblər. Belə ki, 90-cı illərin əvvəlində Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmışlar. Artıq 25 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın cinayətkar rəhbərliyi işğal altında saxladığı ərazilərdə yerləşdirdiyi silahlı birləşmələr tərəfindən daim cəbhəboyu ərazidə yaşayan dinc sakinləri atəşə məruz qoyur. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Ermənistan tərəfi işğalçı siyasətini davam etdirərək, Haaqa konvensiyaların;, Cenevrə Konvensiyasın;, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəti şəkildə pozur. Ermənistan rəhbərliyinin bu kimi cinayətkar fəaliyyətinə beynəlxalq təşkilatların və ictimaiyyətinin göz yumması onların daha da azğınlaşmasına səbəb olur. “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi olaraq üzvlərimiz adından beynəlxalq təşkilatları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsini, törətdiyi cinayətlərə görə beynəlxalq tribunala verilməsini, dinc sakinlərə qarşı törətdiyi qanlı terror hərəkətlərinə görə cavab verməsini tələb edir, beynəlxalq ictimaiyyəti bu cinayətkar əməllərə biganə qalmamağa çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info