“Ermənistanın törətdiyi belə cinayətlərə görə sanksiyalar tətbiq edilməlidir”
Tarix: 07.07.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Dost Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusu tərəfindən törədilən qanlı hadisəyə görə dərin kədərləndiyimi və həmrəyliyimi bildirirəm. Qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Meri olduğum Altkirş şəhəri Horadizlə qardaşlaşıb, buna görə bu hadisə bizi daha çox kədərləndirir və narahat edir. Artıq vaxtdır, ATƏT-in Minsk qrupu konkret fəaliyyət göstərməlidir”.
Bu fikirləri Fransa Milli Assambleyasının xarici işlər üzrə komissiyasının üzvü, Horadiz şəhəri ilə qardaşlaşan Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
Jan-Lük Reitzer bildirib ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı prosesə başlanması təşəbbüsü irəli sürməsinin vaxtı çatıb. Ədalət qələbə çalmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsini yaradan Ermənistanı beynəlxalq ictimaiyyət pisləyir. Ancaq təəssüf ki, bu günə qədər bu istiqamətdə konkret addımlar atılmayıb.
Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü kimi ümid edirəm ki, komissiyamız qarşıdan gələn aylarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması təşəbbüsünü irəli sürəcək və bu məsələ komissiyanın gündəliyinə daxil ediləcək.
“Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllərdə Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eşitmişik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistanın törətdiyi belə cinayətlərə görə onu təkcə pisləmək kifayət deyil, ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Jan-Lük Reitzer vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info