Vyananın tarixi mərkəzi “qırmızı siyahı”ya salınıb
Tarix: 07.07.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


UNESCO Vyana şəhərinin tarixi mərkəzini dünya mədəni irsinin məhv olmaq təhlükəsi altında olan obyektlərinin “qırmızı siyahı”sına daxil edib. Bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyasında verilib.
AZƏRTAC xəbər verir ki, şəhərin tarixi mərkəzinin “qırmızı siyahı”ya salınmasına səbəb isə onun mərkəzində Hoymarkt adlı ərazidə çoxmərtəbəli yaşayış bina-kompleksinin inşası layihəsinə Vyana Şəhər Bələdiyyəsi tərəfindən müsbət rəy verilməsi olub. Ümumdünya İrs Komitəsinin qərarında qeyd edilib ki, son illər geniş planda həyata keçirilən şəhərsalma fəaliyyəti Vyananın tarixi mərkəzini öz qeyri-adi və universal dəyərini itirmək təhlükəsi ilə üz-üzə qoyub. Bir il ərzində şəhər rəhbərliyi 66 mərtəbəli binanın tikintisi ilə bağlı qərarını dəyişməsə, şəhərin ümumdünya mədəni irs statusunu itirmək təhlükəsi var.
UNESCO-nun Avstriya Komissiyasının baş katibi Qabriela Eşiq mətbuata açıqlamasında bildirib ki, “qırmızı siyahı”ya daxiledilmə Avstriyanın mədəniyyət ölkəsi kimi nüfuzuna zərbə vurur, Vyana şəhəri və bütövlükdə ölkə üçün rüsvayçılıqdır. O, şəhər rəhbərliyi və digər rəsmi qurumları dünya mədəni irsinin mahiyyətini anlamamaqda tənqid edib. Həmçinin qeyd edib ki, dünya mədəni irsi statusu heç də turizm reytinqi və ya turistləri cəlb etmək üçün ticarət markası kimi anlaşılmamalıdır. Bu status daha çox qeyri-adi məkanların bəşəriyyət və gələcək nəsillər üçün qorunub saxlanması naminə xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, hər hansı dünya mədəni irsi obyekti “qırmızı siyahı”ya salınandan sonra rəsmi qurumlar onun UNESCO-nun Dünya İrsi Siyahısına qəbul edilərkən olduğu səviyyəyə çatdırılması üçün tədbirlər kataloqunu təqdim etməlidir. Kataloq və ya fəaliyyət planı bir il ərzində UNESCO-nun müvafiq komissiyasına təqdim edilməsə, obyekt dünya mədəni irsi statusunu itirəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info