Dünyanın ən dəbdəbəli toyu
Tarix: 29.04.2013 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Dünyanın ən məşhur idmançılarından biri, basketbolun canlı əfsanəsi, amerikalı Maykl Cordan evlənib. Onun toyu dünən olub. Toy günü Cordanın ABŞ-ın Florida ştatındakı Yupiter şəhərində yerləşən nəhəng malikanəsinin həyətində misli görünməmiş çadır qurulub.
“Mail Online” bildirir ki, Maykl Cordan və supermodel İvett Prietonun toyu 40 min kv. metr sahəyə malik nəhəng çadırda olub. Cordanın 35 min kv.metr sahəsi olan malikanəsinə sığmayacaq qonaqlar üçün qurulmuş çadırın interyeri lüks restoranlardan geri qalmayıb. 2 mindən artıq qonağın dəvət edildiyi toy üçün qurulmuş çadırda 3 böyük zal vardı. Qonaqların yemək və içkilərlə təmin edilməsi üçün Floridanın ən populyar və bahalı 3 restoranının əməkdaşları bütünlüklə çadırda idilər. 1400 ofisiant qonaqlara qulluq edirdi. Səhnədə isə 230 nəfərlik orkestr vardı.
“İndiyədək yüzlərlə toy təşkil etmişəm, minlərlə nikah və toyda olmuşam. Dünyanın ən müxtəlif ölkələrində ən zəngin insanların toy mərasimlərinin təşkilatçılarından biri də mənəm. Lakin hələ həyatımda belə dəbdəbəli toy, belə böyük toy çadırı görməmişdim”-deyə Floridanın tanınmış toy təşkilatçılarından biri bildirib.
50 yaşlı Maykl Cordan və 35 yaşlı İvett Prieto Floridanın Palm-Biç şəhərindəki Bethesda-By-The-Sea kilsəsində nikah kəsdirəndən sonra basketbolçunun malikanəsinə gəliblər. Təzə bəyin anası Dolores Cordanın dediyinə görə, oğlu nikaha və toya pul əsirgəməmişdi.
Xatırladaq ki,Cordanla Prieto 2008-ci ildə Mayami-Poyntda tanış olmuşdular.
Nikah və toyun təhlükəsizliyini onlarla polis təmin edib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”
19.10.2019
Tallində Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info