Serb yazıçısı Milorad Paviçin Ermənistanın siyasətini qəti şəkildə pisləyib
Tarix: 07.07.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi, serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mihayloviç iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxs Sahibə Quliyeva və ikiyaşlı nəvəsi Zəhranın həlak olmasını qəti şəkildə pisləyib.
Serbiyanın geniş oxucu kütləsinə malik http://balkanin.com saytında “İkiyaşlı azərbaycanlı qız və nənəsi Dağlıq Qarabağda erməni hücumunun yeni qurbanı olublar” sərlövhəli məqalədə yazıçının fikirləri yerləşdirilib.
Müəllif yazır: “Təcavüzkar separatizm və tarixi torpağı olan Kosovo və Metoxiyanın parçalanması ilə üzləşən Serbiya vətəndaşı kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya xəbərlərini diqqətlə izləyirəm.
Xatırladım ki, 1990-cı illərdə hərbi müdaxilə və işğal minlərlə insanın həyatına son qoyub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu münaqişə insanlara fəlakət və bədbəxtlik gətirməkdə, onların həyatına son qoymaqda davam edir.
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc əhalini və mülki obyektləri atəşə tutması nəticəsində ikiyaşlı qız uşağının və nənəsinin ölümü haqqında xəbəri böyük narahatlıqla oxudum.
Yenə də mülki insanlar, uşaq və qocalar məqsədyönlü şəkildə atəşə tutulur və qətlə yetirilirlər. Mülki əhali ilə müharibəni qorxaqlıq hesab edirəm. Dinc əhaliyə qarşı yönəlmiş hər cür zorakılıq və hərbi əməliyyatları qətiyyətlə pisləyirəm. Minomyot atəşi nəticəsində azyaşlı uşağın və nənəsinin ölümünün ərazi iddiaları ilə başlayan və həllini tapmayan hərbi münaqişələrin nəticəsi olduğuna inanıram.
Bütün dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə tənzimlənməsi üçün qətiyyətli addımlar atmağa çağırıram”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupunun rəhbərindən estonliyalı həmkarlarına müraciət
29.09.2020
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb
29.09.2020
Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
28.09.2020
Ombudsman düşmənin ağır artilleriya atəşi nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə baş çəkib
27.09.2020
MN: Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info