“Ermənistan hakimiyyətinin terrorçu əməllərinə son qoyulmalıdır”
Tarix: 07.07.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


“Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, mütəmadi olaraq təkrarlanan bu hallar, mülki əhalinin qəsdən qətlə yetirilməsi işğalçı Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir: “Ermənistanın Azərbaycan Respublikasının mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Bu hadisə Ermənistanın rəsmi siyasətinin bir daha göstəricisidir və Beynəlxalq təşkilatların münaqişənin həlli üçün Ermənistan rəhbərliyini danışıqlara çağırışına cavab olaraq onların dinc əhaliyə qarşı bu cür qəddar münasibət göstərməsi Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan hakimiyyətinin maraqlı olmadığını sübut edir.
“Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi olaraq hesab edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və törətmiş olduğu cinayətlərə görə Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməlidir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info