Rektor Şenay Yalçın: “Azərbaycanda universitet qura bilərik“
Tarix: 07.07.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Türkiyənin Bahçeşehir Universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzunlar Günel və Xeyransa Musayevaların uğurları ilə bağlı Bakıda mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Şenay Yalçın bildirib ki, rəhbərlik etdiyi təhsil olacağı istedadlı tələbələrə hər zaman dəstək olub. O deyib ki, universiteti yüksək nəticələrlə bitirən tələbələr arasında azərbaycanlıların olmasından məmnundur: “Bahçeşehir Universitetində tələbələrin yüksək təhsil alması üçün böyük imkanlar var. Universitetin tələbələri türk dünyası üçün yetişirlər. Elə məzunlar yetişdirməliyik ki, hər yerdə çalışaraq bizi təmsil edə bilsinlər”.
Rektor əlavə edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək. Azərbaycanla möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayan Ş. Yalçın bunun göstəricisi olaraq “BAU Məzun və İletişim” ofisinin xarici ölkələr içində ilk olaraq Azərbaycanda açıldığını bildirib: “Əgər Azərbaycanda bizə uyğun şərait yaradarlarsa, universiteti Azərbaycanda da qura bilərik. İnanıram ki, belə də olacaq”.
Universitetin dekanı Necip Çakır azərbaycanlı tələbələrin müvəffəqiyyətlərindən danışıb, onlara uğurlar arzu edib.
Günel və Xeyransa Musavayevalar isə uğurun təsadüfü olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək onlara dəstək olanlara təşəkkür ediblər.
Qeyd edək ki, Bahçeşehir Universiteti ingilis dilində təhsil verir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info