Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Tarix: 07.07.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Gürcüstandakı azərbaycanlı gənclər bu gün Ermənistanın Tbilisidəki səfirliyinin binası qarşısında Alxanlı faciəsi ilə bağlı etiraz aksiyası keçirib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya Tbilisinin “Marcanişvili” metro stansiyasından yürüşlə başlayıb və Ermənistan səfirliyi qarşısında dinc aksiya ilə davam etdirilib. İştirakçılar Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribat nəticəsində iki dinc sakin – nənə və 2 yaşlı nəvənin həlak olmasını qətiyyətlə pisləyiblər. “Mən Zəhrayam!”, “Qarabağa ədalət!”, “Xocalıya ədalət!”, “Qafqazda terrora son!” şüarları ilə keçirilən aksiyaya 30-a yaxın azərbaycanlı gənc fəal qatılıb.
Sonda iştirakçıların Alxanlı faciəsini qınayan etiraz bəyanatı Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndəsinə təqdim olunub.
Tələbə Leyla Əmrahova bildirib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstan ictimaiyyətini Ermənistan tərəfindən törədilmiş son hərbi cinayət barədə məlumatlandırmaq və erməni silahlı bölmələrinin mülki şəxsləri, körpələri hədəfə almasını qətiyyətlə pisləməkdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info