Bakı məktəbliləri beynəlxalq müsabiqənin qalibi olublar
Tarix: 07.07.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Bakı məktəbliləri Gürcüstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olublar.
Təhsil Nazirliyindən bildiriblər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb.
F.Əliyev 5-10 yaş arasındakı vokalçıların qrupunda pop-vokal nominasiyasında birinci yeri tutub.
Müsabiqədə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin IV sinif şagirdi Selin Hüseynova isə eyni yaş qrupunda estrada vokalı nominasiyasında üçüncü yeri tutub.
Qaliblər medal və sertifikatlara layiq görülüblər.
F.Əliyev və S.Hüseynova Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir.
“Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info