“Azərişıq” Yevlax Elektrik Şəbəkəsində yenidənqurma işlərini sürətləndirib
Tarix: 07.07.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC Yevlax Elektrik Şəbəkəsində (EŞ) yenidənqurma işlərini sürətləndirib.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, rayon mərkəzi, 2 qəsəbə, 49 kəndi özündə birləşdirən, 27 min abonenti olmaqla, 128 min nəfər əhaliyə xidmət edən Yevlax Elektrik Şəbəkəsində son iki ildə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Dövlət başçısının istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində qarşıya qoyduğu məqsədə uyğun olaraq, “Azərişıq” ASC tərəfindən 1 ədəd 35/10 kilovoltluq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Həmçinin Yevlax EŞ-in yeni inzibati binası tikilərək istifadəyə verilib.
Şəbəkənin xidməti ərazisində 1767 ədəd dayaq, 44 min metr kabel, 25 min 200 metr uzunluğunda yeni naqil çəkilib. Bu işlər rayonun Xaldan, Aşağı Qarxun, Duzdağ, Qaroğlan, Aşağı Bucaq kəndlərində həyata keçirilib.
Hazırda rayonun Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Əcəmi, Gülövşə, Bəydilli, Hacıselli, Havarlı, Marzıllı və Əkşəm kəndlərində 0.4 kilovoltluq naqillərin özünüdaşıyan izolyasiyalı kabellərlə əvəz olunması və 10-6 kilovoltluq dayaqların və naqillərin dəyişdirilməsi istiqamətində işlər sürətlə həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info