Qəbələ, İsmayıllı, Şamaxı və Qobustanı 160 minə yaxın turist ziyarət edib
Tarix: 07.07.2017 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar regionlarda da öz müsbət təsirini göstərməkdədir. İndi paytaxt Bakı ilə yanaşı bölgələrdə də xidmət səviyyəsini ildən-ilə yüksəldən turizm müəssisələri fəaliyyət göstərir. Bu da öz növbəsində həmin turizm mərkəzlərində istirahət edən həm yerli, həm də xarici turistlərin sayının artmasına səbəb olur.
Ölkəmizdə zəngin turizm potensialı ilə seçilən bölgələrdən biri də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan rayonlardır. Bunu ildən-ilə bölgəyə artan tuirst səfərləri də sübut edir. Belə ki, 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-i yerli, 57 min 808 isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info