BANM-in məzunu Almaniya universitetinin magistri oldu
Tarix: 07.07.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Dünyanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunmuş Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarından biri “Kimya mühəndisliyi” ixtisasını bitirmiş Emil Paşayevdir. Emil Almaniyanın ən nüfuzlu ali məktəblərindən biri olan Hamburg-Harburg Texnik Universitetinin magistr səviyyəsinə təqaüdlə qəbul olunub.

- Özünüz haqqında məlumat verərdiniz.
- Mən 1994-cü ildə Yevlax rayonunda anadan olmuşam. 2001-ci ildə Suraxanı rayonu 146 saylı məktəbdə ibtidai təhsilimə başlamışam. Məktəbdə oxuduğum müddətdə texniki fənlər üzrə olimpiadalarda iştirak edərək fizika olimpiadasında rayon üzrə birinci seçilmişəm. Bununla yanaşı, 2011-ci ildə dünya azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Bakı şəhəri üzrə məktəblilər arasında keçirilmiş “Bilik Yarışı”nda birinci ixtisas qrupu üzrə 1-ci yer tutduğuma görə Fəxri Fərmanla təltif olunmuşam. 2012-ci ildə orta məktəbi bitirərkən 627 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Kimya Mühəndisliyi” ixtisasına daxil olmuşam. 2014-cü ildə Gürcüstanın Kutaisi şəhərində AİESEC şirkətinin təşkil etdiyi turist agentliyində iki aylıq yay təcrübə proqramına qoşulmuşam. 2015-ci ildə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində mühəndis-texnoloq kimi 2 aylıq təcrübə keçmişəm. Bakı Avropa Oyunlarında İBC-nin “Graphics Specialists” sahəsində könüllü kimi fəaliyyət göstərmişəm.
- Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisinizmi?
- Bəli. Bakı Ali Neft Məktəbinə qəbul olanda təcrübəli və bacarıqlı mühəndis olmaqla bərabər yaxşı araşdırma qabiliyyətinə sahib olan tədqiqatçı olmaq istəyirdim. Universitetin bizim üçün yüksək təhsili ilə bərabər təklif etdiyi təcrübə proqramları, başqa sözlə praktikalar, mənim ilkin məqsədimə nail olmağımda böyük rol oynadı. Universitetdə olan tələbə-müəllim isti münasibəti, müəllimlərin tələbələrin hər suallarına cavab vermək istəyi, müəllimlərin tələbələrə istiqamət verməyi və nəhayət müəllimlərin sahib olduğu bilik və təcrübələr bizim yalnız mühəndis kimi yox, həmçinin yaxşı tədqiqatçı kimi inkişafımıza kömək etdi.
- Almaniyanın ən nüfuzlu universitetlərindən birinin magistrantı olmaq üçün nə etmək lazımdır?
- Hər şeydən öncə məqsədini bilmək lazımdır. Qoyulan hər bir məqsəd istəkdən qaynaqlanır və bu da insanda həvəs oyadır. Bu həvəs insanı çalışqanlığa aparır ki, bu da məqsədə nail olmaq üçün əsas şərtdir. Məqsədimizi müəyyən etmək üçün bəzilərimiz əziyyət çəkirik bu yolda bizə müəllimlərlə məsləhətləşmək çox kömək edə bilər. Məsələn, magistratura təhsili almaq üçün seçdiyim ixtisas barəsində müəllimlərimdən aldığım məsləhətlər çox kömək etdi. Çünki müəllimlərim artıq o ixtisasların nədən bəhs edəcəyini biləcək qədər təcrübəlidirlər.
- Niyə məhz bu universiteti seçdiniz? Bu universitet haqqında hansı məlumatınız var və bu universitetdə alacağınız təhsildən gözləntiləriniz nələrdir?
- Magistratura təhsili üçün Hamburg-Harburg Texniki Universitetinin (Almaniya) Kimya və Bioproses Mühəndisliyi fakültəsini seçdim. Öncədən daha doğrusu bakalavr təhsilim müddətində magistr təhsilimi Almaniyada almağı qərara almışdım. İxtisasımın bəzi qollarını dərindən bilmək bir kimya mühəndisi üçün çox vacibdir, çünki bunları mühəndislər daima istifadə edirlər. Kimya və Bioproses mühəndisliyi bu qolların çoxunu əhatə edir.
- BANM-də aldığınız təhsil sizin Almaniya Universitetinə qəbul olunmağınızda hansı rol oynayıb?
- Çox böyük rol oynayıb. Belə ki, motivasiya məktubunda BANM-in mənə nə verdiyini və necə şərait yaratdığını qeyd etmişəm. Almaniya səfiri ilə təşkil edilən görüşlər, Almaniyadan Universitetimizə gələn tələbələrlə münasibət, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) universitetimizə dəvət edilməsi və bu kimi tədbirlər motivasiya məktubumda etdiyim digər qeydləri Hamburg-Harburg Texnik Universiteti yüksək qiymətləndirərək məni magistratura təhsilim üçün qəbul etdiyini düşünürəm.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info