ERMƏNISTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
Tarix: 07.07.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Ermənistanın Azərbaycana təcavüzündən danışarkən ilk öncə göstərmək lazımdır ki, bu siyasətin çox dərin tarixi vardır. Belə ki, “Kitabi Dədə Qorqud” dastanından bizə məlumdur ki, hələ VII əsrdən etibarən ermənilər Bizansın fitnəkarlığı ilə “qara donlu kafirlər” şəklində VƏTƏNİMİZƏ – qədimdən qədim oğuz yurduna hücum edərək torpaqlarımızı tutmağa cəhd etmişlər.
Tarixin nisbətən sonrakı mərhələlərində də bu xalqın torpaqlarımıza təcavüzü dəfələrlə təkrar olmuşdur. Həmişə böyük güclərin əlində alət olan ermənilər XI əsrdə də Xəzər dənizinin sahilini tutaraq bu strateji cəhətdən olduqca vacib və mühüm yerləri müsəlman türklərdən təmizləmək, buraları əbədi olaraq əllərinə keçirmək istəyirdilər... Lakin onların belə tamahkar, ac – göz niyyətləri Səlcuq türklərinin XI əsrin ortalarında Qafqaza və Anadolu yaylasına olan hücumları ilə elə gözlərindəcə qaldı...
Hələ IV əsrdə, 387 – ci ildə dovlət müstəqilliyini itirən, bir də XX əsrdə, 1918 – ci ildə I Dünya müharibəsinin başa çatması ilə əlaqədar özləri üçün yaranmış əlverişli beynəlxalq şəraitdən istifadə edərək ingilis havadarlarının köməyi ilə yenidən özlərinə oğuz yurdunda, tarixən xalqımıza məxsus torpaqlarda “müstəqil” dövlət yaradan ermənilər nəhayət öz dövlətçiliklərinə nail oldular. Bu ərəfədə isə onlar Osmanlı Türklərinə tam və qəti şəkildə məğlub olduqlarına görə 1920 – ci il dekabrın 2 – də Aleksandropol (Gümrü) müqaviləsini imzaladıqlarına görə faktiki olaraq az qala bütün torpaqlarından məhrum olmuşdular. Onların ixtiyarındakı torpaqlar o qədər az idi ki, hətta o dövrün beynəlxalq qanunlarına görə belə az torpaqda dövlət yarada bilmirdilər. Yalnız Azərbaycan Milli Şurası ilə danışıqlar apardıqdan sonra M.Ə. Rəsulzadə İrəvanı onlara yalnız və yalnız Azərbaycanın digər yerlərinə (ermənilər əvvəlcə Qarabağa, Gəncəyə, Naxçıvana və s. Yerlərə də iddia edirdilər) heç bir iddia etməmələri şərti ilə İrəvanı özlərinə paytaxt etmələri üçün erməni Milli Şurasına güzəştə getdi. Əlbəttə, burada belə bir fakt mütləq qabardılmalıdır ki, I Dünya müharibəsində İngiltərənin Türkiyə ilə əks cəbhədə bir – birlərinə qarşı vuruşmaları, ermənistanın da o cümlədən Türkiyəyə qarşı vuruşması onlar üçün elə bir görüntü yaratmışdı ki, guya Qafqazda Antantanın yeganə müttəfiqidirlər. Belə bir məqamdan “beş əlli” yapışan ermənilər bütün imkanlarından istifadə edərək Azərbaycan və Gürcüstan torpaqları hesabına özlərinə dövlət yaratmaq istəyirdilər. O zamanlar ermənilər qədim oğuz yurdu Naxçıvanı ələ keçirməyə xüsusilə can atırdılar. Daşnaqların erməni dövləti yaratmaq planında Naxçıvan xüsusi yer tuturdu. 1918 – ci il may – avqust aylarında Andronikin quldur dəstələri Naxçıvana soxulub “etnik təmizləmə” adı ilə kəndləri dağıtmağa və dinc əhalini qırmağa başladılar. Bu zaman Kazım Qarabəkir paşanın başçılığı ilə qardaş türk ordusu Naxçıvana daxil oldu. Bununla da Andronikin quldur dəstələrinin Naxçıvandakı özbaşınalıqlarna son qoyuldu. I Dünya müharibəsində Osmanlı imperiyasının məğlub olması ilə əlaqədar Osmanlı Türkiyəsi 1918 – ci ildə Oktyabrın 28 – 30 da keçirilmiş Mudros danışıqlarının qərarlarına əsasən Osmanlı Türkiyəsinin hüdudlarından kənarda yerləşən ərazilərdən bütün qoşun hissələrini çıxarmalı idi. Buna müvafiq olaraq 1918 – ci il noyabrın 1 – də Osmanlı qoşunları Naxçıvanı tərk etməyə məcbur oldular. Lakin Ermənistan tərəfdən işğal olunma təhlükəsinin qarşısını almaq məqsədi ilə Araz – Türk Respublikası yaradıldı. 1919 – cu ilin mart ayınadək fəaliyyət göstərmiş Araz – Türk Respublikası bölgənin ermənilərin əlinə keçməsinə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi. Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919 – cu ilin yazında daha da gücləndi. İngilis komandanlığının razılığı və iştirakı ilə 1919 – cu ilin may – iyul aylarında Naxçıvan bölgəsində “erməni idərəçiliyi” yaradıldı. Naxçıvan əhalisi buna kəskin etirazını bildirdi. İyulun 25 – də Naxçıvan əhalisi güclü hücuma keçərək erməni qoşunlarını əzdi və onları qaçmağa məcbur etdi. Beləliklə, Böyük Ermənistan dövləti yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri Paris sülh konfransında da Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər. Onların sülh konfransına təqdim etdikləri ərazi tələblərinə əzəli Azərbaycan torpaqları olan Zəngəzur, Qarabağın dağlıq hissəsi və Naxçıvan bölgələri də daxil edilmişdi. Ermənilər o dövrlərdə də indiki zamanda olduğu kimi özlərinin lobbilərindən istifadə edərək dünyanın aparıcı ölkələrinin dövlət başçılarında, habelə digər nümayəndə heyəti üzvlərində özlərinin haqlı olmaları haqqında rəy yarada bilmişdilər. Lakin Paris sülh konfransında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, iftira və böhtanları Ə.Topçubaşovun başçılığı altında Azərbaycan nümayəndə heyətinin tutarlı və elmi faktları ilə dəf edildi.
Lakin 1919 – cu ilin yayında ingilis havadarlarının köməyi ilə Naxçıvanı özlərinə tabe edə bilməyən ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, bu dəfə əsl ermənilərə xas surətdə ABŞ – ın I Dünya müharibəsindən sonra beynəlxalq miqyasında nüfuzunun hədsiz dərəcədə artmasından istifadə edərək Naxçıvanı onların əli ilə ələ keçirməyə çalışdılar. Lakin ABŞ – ın Ermənistandakı Ali Komissarı V. Haskel yerlərdə vəziyyətlə ətraflı tanış olduqdan sonra avqust ayında Bakıda apardığ danışıqlarda Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general – qubernatoru tərəfindən idarə olunan neytral zona yaratmağı təklif etdi. Oktyabr ayının 24 – də Naxçıvanda ABŞ general – qubernatorluğunun yaradılması və Amerika polkovniki E. Dellinin buraya qubernator təyin edilməsi barədə V. Haskelin bəyanatı elan edildi. Lakin Azərbaycan hakimiyyətinin qəti mövqeyi, Naxçıvan əhalisinin ciddi müqaviməti ABŞ – ın Naxçıvana dair planını iflasa uğratdı. Bu planın iflasa uğraması həm də erməni – daşnakların Naxçıvanı ələ keçirmək planının iflasa uğraması demək idi. Beləliklə, ermənilərin Naxçıvanı ələ keçirmək planları bu dəfə də baş tutmadı.
Lakin erməni daşnakların Azərbaycan torpaqlarını tutmaq niyyətlərindən hələ də əl çəkmirdilər. Belə ki, onlar Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur – Dərələyəz kimi əzəli Aqzərbaycan torpaqlarını ələ keçirmək niyyətində idilər. Ermənistan Zəngəzurda işğalçı qoşunlarını hələ də saxlayırdı. Sovet Rusiyasının da bu məsələlərdə ikibaşlı siyasət yeritməsindən istifadə edən erməni hərbi hissələri 1920 – ci ilin yayında Zəngəzuru dağıdıb, Naxçıvana hücum etdilər. Buna cavab olaraq yenə də türk qardaşlarımız bizə köməyə gəldilər. Belə ki, bu dəfə yerli əhalinin tələbi ilə Veysəl bəyin başçılığı altında türk qoşun hissələri Naxçıvanı müdafiə etmək üçün köməyə gəldi. Tezliklə onlar bütün Naxçıvanı nəzarət altına aldılar. Lakin XI Qırmızı ordunun hissələri də 1920 – ci ilin iyulunda Naxçıvana girdi.
1920 – ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə Şərur – Dərələyəz qeyd – şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Naxçıvan və Zəngəzur mübahisəli ərazilər elan olunurdu. Bu, isə artıq Rusiyanın Azərbaycanın iştirakı olmadan Azərbaycanın suveren hüquqlarını pozaraq onun ərazilərinin Ermənistana mənsub olduğunu həll etməsi demək idi.
1920 – ci il Oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqalədə komissarlığın yaradılması yaradılması bölgədə siyasi vəziyyəti daha da kəskinləşdirdi. Faktiki olaraq Naxçıvanı Ermənistanın idarçiliyinə vermək məqsədi güdən bu addım bölgənin azərbaycanlı əhalisi tərəfindən çox narazılıqla qarşılandı.
Ermənistan sovetləşdikdən (29 noyabr 1920- ci il) sonra onun azərbaycan ərazilərinə olan iddiaları daha da gücləndi. AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920 – ci il 30 noyabr tarixli qərarına müvafiq olaraq dekabrın 1 – də Nərimanovun “...Sover Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir...” bəyanatı ermənilərin Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da gücləndirdi. Onlar sovetləşmədən bu məqsəd üçün məharətlə istifadə etdilər.
Lakin Naxçıvan böldəsinin Azərbaycanın tərkibində saxlanmasında Moskva və Qars müqavilələrinin çox böyük rolu olmuşdur. Moskva müqaviləsinin imzalanması üçün danışıqlar hələ 1921 - -ci ilin fevral – mart aylarında keçirildi. Bu danışıqların əsas obyekti Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Danışıqlar zamanı Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o, bu himayəni üçüncü ölkəyə güzəştə getməyəcəyi haqqında öhdəlik götürsün. Rusiya isə bu vacib məsələdən yan keçərək, sadəcə Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkdi.
1921 – ci il martın 16 – da RSFSR ilə Türkiyə arasında Moskva müqaviləsi bağlandı. Müqavilənin 3 – cü maddəsində göstərilirdi ki, tərəflər müaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir.
Moskva müqaviləsinin şərtlərini konkretləşdirmək və tamamlamaq məqsədi ilə 1921 – ci il oktyabrın 13 – də Qarsda imzalanmış müqavilə Naxçıvanın Azərbaycanın ərazisi olması faktını bir daha təsdiqlədi, onun sərhədləri və gələcək statusunu qəti olaraq müəyyənləşdirdi. Beləliklə, bölgənin azərbaycanlı əhalisinin və qardaş Türkiyənin qətiyyətli səyləri nəticəsində Naxçıvanı Ermənistana birləşdirməyə can atan erməni daşnakların planları tam iflas etdi. Lakin 1929 – 193- -ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazidə Mehri rayonu yaradıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhədləri bağlandı.
Sovetləşmədən sonra Yuxarı (Qərbi) Zəngəzurun Ermənistana verilməsi sürətləndi. Rəsmi İrəvan və XI Qırmızı ordunun komandanlığı bu prosesi başa çatdırmaq üçün 1921 – ci ilin yayında Əlahiddə Qafqaz ordusu hissələrinin hücumunu təşkil etdi. Nəticədə Yuxarı Zəngəzur Ermənistana ilhaq edildi.
Ermənistanın iddiasında olduğu Azərbaycan torpaqlarından biri də Dağlıq Qarabağ idi. Ermənistan necə olursa – olsun, bu torpaqları özünə birləşdirməyə çalışırdı.
1921 – ci ilin iyununda ermənistan XKS – nin sədri Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Hətta A.Mravyan Dağlıq Qarabağda fövqaladə nümayəndə təyin olundu. Lakin N.Nərimanovun qətiyyətli etirazı sayəsində o, iyunun 27 – də geri çağırıldı.
Qeyd etmək lazımdır ki, sovetləşmə Ermənistanı həm də müstəqil dövlət kimi yox olmaqdan xilas etdi. Belə ki, 1920 – ci ilin dekabrında Türkiyə ilə ermənistan arasında bağlanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin ermənistan sovetləşdikdən sonra bolşevik Rusiyası Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.
Lakin ermənilər heç cür sakitləşmək bilmir, necə olursa – olsun Azərbaycan torpaqlarını qoparıb, Ermənistana birləşdirmək istəyirdilər.Bu dövrdə Azərbaycanın ən ağrılı problemlərindən biri Dağlıq Qarabağ problemi idi. 20 – ci illərin başlanğıcında Azərbaycanın bu əzəli torpaqlarını Ermənistana birləşdirmək cəhdlərinin baş tutmadığını görən ermənilər onu ümüqafqaz səviyyəsində müzakirəyə çıxardılar.
RK(p)P – nin Qafqaz bürosu 1921 – ci il iyulun 4 – də toplanmış plenumunda Qarabağ problemini müzakirə etdi. Müzakirələrdə iki fikir irəli sürülürdü: birinci, Qarabağın Azərbaycanın tərkidində qalması və bütün əhali arasında rəy sorğusu keçirilməsi; ikinci, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət (Orconikidze, Myasnikov, Kirov) ikinci təklifə səs verdi. Lakin N.Nərimanovun bu ədalətsiz qərara qəti etiraz etdiyini, onun qərəzli olduğunu əsaslandırmasını, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz bürosuson qərar üçün məsələni RK(b)P MK – nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyunun 5 – də Qafqaz bürosunun plenumunda yenidən müzakirəyə qoyuldu. Plenum RK(b)P MK – nın rəyini nəzərə alaraq Qağlıq Qarabağın Azərbaycan SSR – in tərkibində saxlanılması qərarını verdi. Qərara Dağlıq Qarabağa paytaxtı Şuça şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi də salındı. Bu məsələdə də Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu.
Lakin bu qərar Azərbaycan rəhbərliyini, xüsusən N.Nərimanovu qane etmirdi. Onlar Dağlıq Qarabağa muxtariyyət hüququnun verilməsinin qəti əleyhinə idilər. Buna baxmayaraq, 1923 – cü il iyunun 27 – də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. Nəhayət, S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK 1923 – cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR – in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Bununla da o zaman çox mübahisələr və gərginliklər doğuran Dağlıq Qarabağ problemi, əsasən “həll edilmiş oldu”. Bu isə gələcəkdə Ermənistanın və onu himayə edənlərin Qarabağ “kartından” öz məqsədləri üçün istifadə etməsinə zəmin verdi. XX əsrin sonlarında baş verən hadisələr bunu tamamilə təsdiq etdi.
20 – ci illərdə gündəlikdə duran çao vacib məsələlərdən biri də Naxçıvanın statusu məsələsi idi. Naxçıvanın mühüm strateji – coğrafi mövqeyi və ermənilərin ona əsassız iddiaları bu məsələnin həllini çox aktuallaşdırdı. Bu məsələnin Azərbaycanın xeyrinə həll edilməsində qardaş Türkiyənin çox böyük rolu olmuşdur. Türkiyə ilə Rusiya və Cənubi Qafqaz respublikaları arasında imzalanmış Moskva və Qars müqavilələrində Naxçıvanın Azərbaycanın əzəli ərazisi olduğu və onun tərkibində saxlanılması bir daha təsdiqlənmişdi. Naxçıvan barədə 1922 – ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR – in himayəsində muxtar respublika elan olundu. Nəhayət 1924 – cü il fevralın 9 - da Naxçıvan MSSR yaradıldı.
Beləliklə, Ermənistanın iddialarına və ona havadarlıq edən Sovet Rusiyasının himayəsinə baxmayaraq, Azərbaycanın əzəli və əbədi torpağı olan qədim Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması təmin olundu.
Sonrakı dövrlərdə də ermənilərin Azərbaycana olan ərazi iddiaları dayanmır, daşnaklar həyasızcasına, nəyin bahasına olursa – olsun azərbaycandan torpaq qoparmağa çalışırdılar. Burada Sovet dövlətinin xalqlar arasında münaqışə ocaqları yaratmaq və zaman – zaman onu alovlandırmaq siyasəti də özünü göstərirdi. Bu siyasət Moskvaya rus olmayan diğər xalqlar üzərində öz hakim mövqeyini saxlamaq üçün lazım idi. Münaqişə ocaqlarından ən ziddiyətlisi Azərbaycanın Dağlıq qarabağ bölgəsində idi. Burada Türkmənçay müqaviləsindən sonra mənskunlaşan ermənilər vaxtaşırı olaraq bu ərazinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər. “Böyük Ermənistan” dövləti yaratmaq arzusu ilə yaşayan ermənilər mənfur məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirdilər.
Hələ 40 – ci illərin ortalarında Moskvadakı erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. 1945 – ci ilin payızında Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək barədə Sovet hökuməti başçıları qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın Dağlıq hissəsinin ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövrlərdə Ermənistana və digər qonşu respublikalara verilən tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılsın. Buna isə nə Sovet rəhbərliyi, nə də ermənilər razı olmadılar. Çünki Türkiyə ilə Azərbaycanın arasında, tarixən Azərbaycan torpaqları olan Zəngəzurda yaradılmış “erməni ərazisi” bununla ləğv edilərdi. Həmçinin mərkəz anladı ki, bu problem bütün ölkəyə fəlakət gətirə bilər. Ona görə də ermənilərin bu ərazi iddiaları ləğv edildi.
XX əsrin 60 – cı illərinin ortalarında növbəti dəfə Ermənistanda azərbaycanlılar əleyhinə hərəkat başlandı. 1965 – ci ildə uydurma “erməni soyqırımı”nın 50 – illiyi qeyd edildi. Bu azərbaycanlıların sıxışdırılmasına yeni təkan verdi. Lakin SSRİ – nin o vaxtkı rəhbərliyi N.S.Xruşşovun rəhbərliyi altında çox yaxşı anlayırdı ki, ərazi dəyişiklikləri sonradan bütün SSRİ miqyasında digər müttəfiq respublikalar arasında da çox xoşagəlməz hadisələrin baş verməsinə səbəb olar. Ona görə də ermənilərin bu cəhdi də uğursuzluqla bitdi. Təəssüflər olsun ki, o dövrlərdə respublika rəhbərliyi seyrçi mövqe tutaraq, “xalqlar dostluğunu” möhkəmləndirmək üçün tədbirlər görürdü. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969 – cu il mayın 7- də sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpaqlarını Ermənistana verilməsi haqqında hələ 1938 – ci il mayın 5 – də verilmiş qərarı təsdiq etdi. Lakin 1969 – cu ilin iyulin 14 – də Azərbaycan SSR – də hakimiyyətə gələn Heydər Əliyev bu qərarın həyata keçməsinə imkan vermədi.
80 – cı illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Kommunist ideologiyasına inam azalmışdı. Azərbaycan da daxil olmaqla müttəfiq respublikalarda milli özünüdərk, hüquqların tapdanmasına, sərvətlərin talan olunmasına etiraz güclənməkdə idi.
Kommunist Partiyası ölkəni iflasdan qurtarmaq məqsədilə 1985 – ci ildə “sürətləndirmə konsepsiyası” irəli sürdü. “Yenidənqurma” xətti müəyyən olundu. “Yenidənqurma” və “aşkarlıq” imperiyanın süqutunu sürətləndirdi. Moskva müxtəlif manevrlər etməklə labüd iflasın qarşısını almağa çalışırdı. Respublikalarda milli qarşıdurma yaratmaqla ölkə əhalisinin diqqətini vacib məsələlərdən yayındırmaq cəhdi göstərilirdi. Belə pozucu addımlardan biri türk xalqlarına nifrəti qızışdırmaq, xristian – müsəlman qarşıdurması yaratmaq idi.
“Yenidənqurma” və “aşkarlığın” yaratdığı imkanlar Azərbaycanda da demokratik hərəkatın inkişafına səbəb oldu. Bunun gələcəkdə türk dünyasının güclənməsinə səbəb olacağından ehtiyat edən Sovet rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində milli münaqişə ocağını alovlandırdı. Yenə erməni millətçiləri rus şovinistlərinin silahına çevrilmişdi. 1975 – ci ildə Beyrutda özünü Akopyan kimi təqdim edən marksist dünyagörüşlü bir suriya ermənisi tərəfindən “Ermənistanı azad etmək üçün gizli ordu” – ASALA təşkil edilmişdi. O, sovet dövlətinin nəzarəti altında olan Fələstin Azadlıq Təşkilatının bazasında təlim keçən terrorçu təşkilat idi. Onunla yanaşı ermənilərin digər terrorçu təşkilatları da var idi. Erməni terrorçuları 1975 – ci ildən başlayaraq dünyanın diqqətini yenidən “erməni məsələsinə” cəlb etmək üçün 50 – nəfərdən çox Türkiyə vətəndaşını. əsasən diplomatları qətlə yetirdilər. Erməni təşkilatları açıq şəkildə bildirirdilər ki, məqsəd Türkiyəyə “erməni genosidi” faktını etiraf etdirmək. Onun ərazisində erməni dövləti yaratmaq, bu dövlətlə Ermənistan SSR – i birləşdirmək, ona Naxçıvanı, Axalkalaki və Dağlıq qarabağı daxil etməkdir.
80 – cı illərin II yarısında, SSRİ – də “yenidənqurma” prosesini mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt erməni amilindən “Şər imperiyasını” dağıtmaq istəyən dövlətlər də geniş bəhrələnməyə çalışdı. “Erməni genosidi” faktı 1987 – ci il iyulun 18 – də Avropa Parlamenti tərəfindən tanındı. Erməni “genosidi” qurbanlarına xatirə günü təsis edildi.
Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni millətçiləritürk soyqırımına. Terrora əsaslanan qanlı siyasətlərini “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq cəhdlərini yenidən fəallaşdırdılar. Erməni təxribatçıları Bakıda yenicə təmir olunmuş Opera və Balet Teatrı binasını yandırdılar, şəhər nəqliyyatında partlayışlat törətdilər. Günahkarlar tapılıb cəzalandırıldılar. Bundan başqa erməni terrorçularının Bakı və Sumqayıtın iri zavodlarında partlayış törətmək planları aşkar olunub zərərsizləşdirildi. Milli münqişə isə getdikcə alovlanırdı.
1985 – ci ildə Daşnak partiyasının afinada keçirilmiş XXIII qurultayı erməniləri “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırdı. Antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənmişdi. 1986 – cı ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni milli separatçılıq təbliğatı açıq və geniş xarakter almışdı. Moskva rəsmilərində antitürk əhvali – ruhiyyəsinin formalaşmasında Qorbaçovun yaxın əhatəsində olan “şahnazaryanlar”, “aqanbekyanlar” mühüm təsir göstərirdi.
Kütləvi informasiya vasitələrində açıq – aşkar eyhamlar vurulurdu ki, Qorbaçovun xanımı Parisdə əntiq əşyalar satan imkanlı ermənilərlə əlaqə saxlayır və onların diqqətindən məmnun qalmışdır. Lakin verilən vədi yerinə yetirmək müşkül məsələ idi. Az sonra Yerevanda bəxşişlərin geri qaytarılması tələbi ilə mitinqlər keçirilməyə başlanmışdı. SSRİ Ali Sovetinin sessiyasında deputat İgityan Qorbaçova müraciətlə “Axı Siz söz vermişdiniz...” – deyə az qala vədə əməl olunmasını tələb etmişdi. Paruyr Qazaryan, Zori Balayan, S. Xanzadyan. B. Ulubabyan, S. Kaputikyan və başqalarının tarixi saxtalaşdıran, azərbaycanlıları təhqir edən qızışdırıcı “əsərləri” erməni millətçiliyinin daha davakar xarakter almasında, milli münaqişənin alovlanmasında müstəsna rol oynayırdı. Z. Balayanın təxminən həmin vaxtlarda yazdığı “İki od arasında”, “Qəza”, “Ocaq” kitabları “əzabkeş xalqa” daha emosional təsir göstərdi. “Qarabağ” komitəsinin fəaliyyəti genişlənmişdi.Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini sübut etmək niyyəti ilə dünyanın 30 – dan çox dövlətinə və beynəlxalq təşkilatlarına 300 min erməninin imzası ilə müraciətnamə göndərildi. 1987- ci ilin oktyabr ayında Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı. 1987 – ci ilin oktyabrında Yerevanın Puşkin meydanında “Qarabağ” komitəsinin ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987 – ci ilin noyabrında Parisdə dövlət başçısınin əsabələrindən biri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri – rəsmi də olsa bildirməkdən çəkinmədi. 1988 – ci il martın 2 – də “DQMV – nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi” - iri müəssisə rəhbərlərini birləşdirən 55 – lər komitəsi yaradılmışdı.
Dünyada baş verən dəyişiklikləri vaxtında və düzgün qiymətləndirmək, Azərbaycan xalqını gözləyən təhlükələri görmək və qabaqlayıcı tədbirlər həyata keçirmək, vahid milli platforma yaratmaq əvəzinə Azərbaycan rəhbərliyi bağışlanılmaz bir passivlik, laqeydlik nümayiş etdirdi. Başsız qalmış xalqın kortəbii etiraz hərəkatları səmərəli nəticə vermədi.
1988 – ci ildə Ermənistan SSR ərazisindən, öz dədə - baba yurdundan 230 – min azərbaycanlı qovuldu, yüzlərlə adama işgəncə verildi, qız – gəlinlərin namusu təhqir edildi. Ermənistanın Qafan və Mehri rayonlarından əvvəlcədən hazırlanmış silahlı dəstələrdən yaxa qurtaran ilk qaçqınlar 1988 – ci il Yanvarın 25 – də Azərbaycana pənah gətirdilər. Qaçqnların yeni dəstələri fevralın 18 – 23 – də təqiblərdən can qurtarıb Azərbaycana dəldilər. Tezliklə erməni daşnakları bütün ermənistan deyilən ərazidən azəri türklərini tamam qovub çıxardılar. Onların son nümayəndələri – Nüvədi kəndinin əhalisi 1991 – ci ilin avqustun 8 – də bir gün içərisində sovet əsgərlərinin köməyi ilə ermənistandan qovuldu.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər bu hadisələrdən ruhlanaraq daha fəal siyasi aksiyalar keçirməyə başladılar. Fevral ayının 15 – 18 də vilayətin, Şuşadan başqa, bütün rayon sovetlərində sessiya keçirildi və DQMV – nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında qərar qəbul etdi. SSRİ Ali Sovetindən xahiş edildi ki, bu məsələni müsbət həll etsin. Moskva isə bu münaqişəni daha da qızışdırdı. Belə ki, Sov. İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışır, Yerevana gedən üzvü isə DQMV – dəki separatçılığa haqq qazandırırdı
SSRİO rəhbərliyi isə Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərlə öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş azərbaycanlıların mənafelərini bərabər tutmaq kimi riyakar təşəbbüslər göstərirdi. Həmin vaxtlarda Sov. İKP MK – nın Baş Katibi M. Qorbaçovun özünün riyakarlığı, Azərbaycanın o vaxtkı rəhbəri Ə. Vəzirovla Ermənistan KP MK – nın birinci katibi S. Harutyunyanın Xankəndindəki görüşləri də heç bir nəticə vermədi və verə də bilməzdi. Azərbaycanlıları ermənilərlə “dialoqa çağıran” Qorbaçov özü separatçıların ideoloqlarını Kremldə söhbətə dəvət edir, azərbaycanlıların fikirləri ilə isə heç maraqlanmırdı da.... O, hətta Azərbaycan KP MK – nın birinci klatibi K. Bağırovla görüşməkdən belə boyun qaçırdı. Bununla da açıqca bildirirdi ki, Dağlıq arabağ məsələsində erməniləri tərəfindədir. Ölkə rəhbəri açıq – aşkar fitnəkarlıqla bildirirdi ki, bu məsələ Stalinin vaxtında düzgün həll edilməyib, onu indi demokratizm və yenidənqurma çərçivəsində həll etmək lazımdır. Ölkə rəhbərinin belə fitnəkar fikirləri erməniləri daha da qızışdırdı... O vaxtlar, hələ SSRİ dövründə Yerevanda vərəqələr yayılırdı: “Ermənilər, mitinqləri qurtarın, silaha sarılın və türkləri əzin!”
Ermənistan SSR Ali Soveti 1988 – ci il 15 iyun tarixli qərarı ilə kobudcasına Azərbaycanın daxili işlərinə qarışaraq, DQMV – ni Ermənistanın tərkibinə daxil etməyə razılıq verdi. Zərbaycan SSR Ali Soveti XI çağırış VII sessiyası 1988 – ci il 17 iyun tarixli qərarı ilə DQMV Xalq Deputatları Soveti sessiyasının 20 fevral tarixli qərarını qeyri – qanuni akt kimi qiymətləndirdi. İyunun 21 – də Vilayət Xalq Deputatları Sovetinin fövqalədə sessiyası SSRİ Ali Sovetinə müraciətlə Dağlıq Qrabağın Ermənistan SSR - ə verilməsini xahiş etdi. Əlbəttə, Mərkəzi gözləri qarşısında erməni separatçılarının bütün bu həyasız, heç bir beynəlxalq hüquq qaydaları ilə bir araya sığmayan hərəkətlərinin baş verməsi təsadüfi deyildi. Bütün bunlar hamısı SSRİ – ni dağıtmaq işinə hesablanmış fitnəkar tədbirlər sırasından olan işlər idi. Ona görə də “Vəziyyəti nizama salmaq üçün”, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Azərbaycanın hüquqlarını kobud şəkildə pozaraq 1989 – cu il yanvarın 12 – də “Azərbaycan SSR – in DQMV – də xüsusi idərəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Volskinin başçılığı ilə Muxtar Vilayət xalq deputatları soveti, onun icraiyyə komitəsi hüququnda mərkəzə tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK vilayətdə qayda – qanunu bərpa etmək əvəzinə onu azərbaycana bağlayan iqtisadi əlaqələri tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşmələrinə şərait yaratdı. Ermənistandan DQMV – nin Mardakert (indiki Ağdərə) rayonundakı gizli təyyarə meydanına silah və sursat daşınırdı. Azərbaycanlılardan isə adi ov tüfəngləri də yığılırdı. Silahlı erməni quldurlar – “saqqallılar” Sovet ordusunun köməyi ilə iyulda Stepanakertdən bütün azərbaycanlıları (14 min nəfər)qovub çıxardılar.
Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali Soveti 1989 – cu il noyabrın 28 – də XİK – ni ləğv etdi.
Mərkəzin təsirli tədbirlər görməməsi nəticəsində Ermənistan SSR Ali Soveti dekabrın 1 – də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi. Azərbaycanın ərazi bütövlüyü kobudcasına pozuldu.
Xalq, Respublikanın o vaxtkı rəhbəri Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edirdi. Lakin Moskvadan asılı, qətiyyətsiz adam olan Ə. Vəzirov mərkəz qarşısında Azərbaycanın haqq işini, suveren hüquqlarını müdafiə etmək tələbi qoymaq əvəzinə, xalqın diqqətini taleyüklü məsələlərdən yayındırmaq siyasəti yürüdürdü.
Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15 – 16 – da Bakıda mitinqlər keçirildi. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17 – dən başlandı. Bu gün Azərbaycan xalqının tarixinə Milli Dirçəliş günü kimi daxil oldu. Həmin gün “Azadlıq” meydanında mitinqdə iştirak edənlərin sayı yarım milyonu ötmüşdü.
Mərkəz isə hələ də M. Qorbaçov başda olmaqla özünün ermənipərəst siyasətini yeritməkdə davam edirdi. Hətta bu mənfur, rəzil siyasət “cırtdanı” öz haqq işi uğrunda mübarizəyə qalxmış azərbaycan xalqına qarşı 1990 –cı il 20 Yanvar qırğınını törətməkdən də çəkinmədi.
Bütün bu hadisələrin baş verməsində təbii ki, azərbaycan xalqına layiqli rəhbərin başçılıq etməməsi də az rol oynamamışdı. Ona görə də 1993 – cü il hadisələri zamanı hakimiyyət böhranı dövründə(AXC – Müsavat cütlüyünün S. Hüseynovla qarşıdurması) xalqın təkidli və israrlı tələbi ilə dünya siyasətçiləri arasında özünə layiqli yer tutan Heydər Əliyev cənablarının yenıdən Bakıya qayıtması, ölkəyə rəhbərlik etməsi ilə Qarabağ probleminin həllində bir çox nailiyyətlər əldə edildi. Belə ki, 1996 – cı ilin dekabrında keçirilmiş Lissabon sammitində Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və əzmklarlığı sayəsində ATƏT – in üzvü olan 54 ölkənin 53 – ü Dağlıq Qarabağ münaqışəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.
ATƏT – in 1999 – cu ilin noyabrında İstanbulda keçirilmiş növbəti zirvə görüşünün də mühüm rolu olmuşdur. Belə ki, bu Sammit bir daha göstərdi ki, Azərbaycanın dünya miqyasında təklənməsinə artıq son qoyulmuşdur və sülh yolu hazırkı zamanda yeganə düzgün yoldur.
Ulu Öndərimiz Heydər Əliyev cənablarının Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində yeritdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2001 – ci ilin aprelində ABŞ – ın Ki – Uest şəhərindəki danışıqlarda ABŞ Dövlət Departamenti gec də olsa Ermənistanı təcavüzkar dövlət kimi tanıdı.
Yenə də 2001- ci il sentyabrın 24 – də keçirilmiş AŞ PA – nın payız sessiyası Azərbaycan diplomatiyası üçün uğurlu keçdi. Belə ki, bu məclisdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu sənədin əhəmiyyəti bir də ondadır ki, o, Azərbaycanın işğaldan azad olunmaq üçün hər bir vasitəyə əl atmasına haqq verən beynəlxalq hüquqi sənəddir.
2017 – ci ilin aprelində olmuş Ermənistan – Azərbaycan toqquşmasında isə düşmən Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü. Təbii ki, siyasi analitiklər tərəfindən “aprel döyüşləri” adlandırılan bu hadisələr Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha göstərdi və bütün dünyaya bir daha əyan oldu ki, əgər Ermənistan tərəfi Qarabağı könüllü şəkildə qaytarmazsa, şanlı Azərbaycan Ordusu bu işi güc tətbiq etməklə həll etməyə məcbur olacaqdır. Bunun üçün isə Azərbaycan Ordusunun hər cür imkan və şəraiti vardır.
Ilqar Abdullayev,
Bakı şəhəri, Nərimanov rayonu MLK – nın tarix müəllimi,
“Baş müəllim”, Tərəqqi medallı, Əməkdar müəllim, “İlin
müəllimi -2013” müsabiqəsinin qalibi, Respublika
müəllimlərinin XIV qurultayının iştirakçısı.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info