“Ermənistanın məqsədi sistematik təxribat və sabotajlarla status-kvonun saxlanılmasına nail olmaqdır”
Tarix: 07.07.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


“İtaliya İrəli” (Forza İtalia) Partiyasından olan senator, İtaliya Senatının uşaqlar və yeniyetmələr daimi komissiyasının üzvü Maria Rizzotti Senatın ümumi iclasında çıxış edərək Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətlərdən danışıb və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, senator çıxışına bu sözlərlə başlayıb: “2017-ci il iyulun 4-də saat 20:40-da bəşəriyyətin gündəlik çətinliklərə üzləşdiyi bir anda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlarda atəşə tutulub, iki nəfərin həyatına əbədi son qoyulub. Yalnız sülh və firavanlıq axtarışında olan bir əhaliyə qarşı yenidən terror törədilib. Ermənistan silahlı qüvvələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə və substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsinə məhəl qoymayaraq yaşlı qadını və onun iki yaşlı nəvəsini öldürüblər”.

Ermənistanın cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, xüsusilə qadın, uşaq və qocaların olduğu mülki əhaliyə qarşı qəsdən, sistematik xarakter daşıyan hücumlar etdiyini vurğulayan senator M. Rizzotti bildirib ki, mülki azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı törədilən, terror hücumlarından da daha betər olan bu kimi hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İtaliyalı senator əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin etməyi tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla, bir çox beynəlxalq sənədlər mövcuddur, lakin bu sənədlərin heç birinə Ermənistan tərəfindən məhəl qoyulmur və rəsmi İrəvanın məqsədi cəbhə xəttində törədilən son hadisə kimi sistematik təxribat və sabotajlar vasitəsilə status-kvonun saxlanılmasına nail olmaqdır.

Senator M. Rizzotti çıxışında qeyd edib ki, münaqişənin həllinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsindən ayrı baxıla bilməz və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişənin həlli üçün ən böyük maneədir. O deyib ki, Ermənistanın 2016-cı ilin aprel hadisələrindən dərs çıxarmalı, status-kvonun dəyişdirilməsini qəbul etməli, beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlardan yayınmağı dayandırmalıdır. Ermənistanın uzunmüddətli sülhə nail olmaq üçün substantiv və hərtərəfli danışıqlar aparmaq məqsədilə konstruktiv mövqedən çıxış etməli olduğunu vurğulayan senator M.Rizzotti çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Bu zorakılığa son qoyulmalıdır. Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun? İtaliya hökuməti növbəti ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq bu dəhşətli münaqişənin qısa zaman ərzində həlli istiqamətində səylərini əsirgəməməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info