ATƏT PA Azərbaycanın təklifini qəbul etdi
Tarix: 07.07.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iyulun 7-də Minskdə keçirilən iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.
İclasda Azərbaycan və Ermənistan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.
Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi Parlament Assambleyası tərəfindən rədd edilib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki mühüm təklifi
(https://www.youtube.com/watch?v=D5TSIZqcYsI&feature=youtu.be) Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib.
A.Quliyevin təklifi ilə qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən “ATƏT ərazisində münaqişələrin həlli edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb olunur”.
Azay Quliyev tərəfindən qətnamənin 14-cü maddəsinə edilən digər bir dəyişikliyə görə “ATƏT regionundakı məcburi köçkün və qaçqınların doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz şəkildə qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlığı ifadə edilir”.
Komitənin iclası öz işini davam etdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info