Cennifer Lopesin sabiq ərinin sevgidə bəxti gətirmir
Tarix: 29.04.2013 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Amerikalı müğənni və bəstəkar Mark Entoni ilə “TopShop” bütiklər şəbəkəsinin varisi, britaniyalı Hloy Qrin arasındakı sevgi başa çatıb.
“Radar Online” bildirir ki, müğənni və aktrisa Cennifer Lopesin sabiq əri olayla bağlı heç bir açıqlama vermir. Lakin onun yaxın ətrafından verilən məlumata görə, Hloy atası yaşda sevgilisini ataraq münasibətləri kəsib. 22 yaşlı Hloy 4,2 milyard dollarlıq varidatın varisidir. 5 övlad atası Mark Entoninin böyük qızından cəmi 3 yaş böyük olan Hloyun atası ser Filipp Qrin qızının Entoni ilə toyuna da razılaşmışdı.
Lakin indiyədək iki dəfə evli olmuş Mark Entoninin arzuları puç olub.
Mark Entoninin Cennifer Lopeslə 8 illik nikahdan Emme Maribel Munis və Maksimilian Devid Munis adlı əkiz övladları var. Nyu-Yorkda polis zabiti işləyən Debbi Rosado ilə nikahdan onun Ariana adlı qızı, sabiq Miss Universe olmuş Dayanara Torresdən isə iki oğlu var. Mark Entoninin dostlarının dediklərinə görə, Hloy onu yox, o, Hloyu atıb: “Mark bu münasibətlərdən bezdi və Mayamiyə yollandı”. Hloy Qrinin sabiq sevgililəri arasında futbolçular Cibrill Sisse və Cermeyn Defo da var.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info