Alıxanlı hadisəsi İsrail mediasında
Tarix: 07.07.2017 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı "News From Israel" portalına müsahibə verib. A.Qut müsahibəsində bildirib ki, iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür. Ermənistanın mövcud cinayətkar klanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.
“Cəbhə bölgəsində baş verən son hadisələr bir daha onu göstərir ki, işğalçı ölkə Ermənistan sülhün əldə edilməsində maraqlı deyil. Antiazərbaycançılıq, antisemitizm, şovinizm, millətçilik Ermənistan siyasətinin tərkib hissəsidir. Belə olan halda, sülhdən danışmaq mümkün deyil. Sarkisyan və onun rüşvətxor, separatçılardan ibarət dəstəsi Azərbaycan torpaqlarını işğalını davam etdirməklə öz hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar”, - deyə israilli ekspert qeyd edib.
A.Qut bildirib ki, 18 aylıq Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorçuluğunun və faşizminin qurbanları olub. Bu, Dağlıq Qarabağ münaqişəsi tarixində Ermənistan tərəfindən qadın və körpələrin qətlə yetirilməsi ilə bağlı ilk fakt deyil. Xocalı faciəsi hamıya yaxşı məlumdur”, - deyə bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info