“Beynəlxalq birliyi Ermənistanın təcavüzünə laqeyd qalmamağa çağırırıq”
Tarix: 07.07.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi Ermənistan silahlı qüvvələrinin atəşi nəticsində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər məqsədyönlü şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub: “Nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.
Beynəlxalq birlik, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlədnirilməlidir.
“Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı” İctimai Birliyi olan gənclər adından bəyan ediirk ki, Ermənistan Respublikası Azərbaycana qarşı davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. 2017-ci il 4 iyulda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Allahverdiyeva Sahibənin Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsinə həlak olması Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan daha bir cinayətdir. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyətə görə müvafiq sanksiyalara məruz qalmalı, sivil dünya qarşısında cavab verməldir.
Biz Azərbaycan vətəndaş cəmiyyyəti nümayəndələri dərin təəssüf hissi ilə bəyan edirik ki, Ermənistanın davamlı olaraq Azərbaycan Respublikasının dinc əhalisnə qarşı törətdiyi bu cür terror aktlarına adekvat qiymət verilmədiyindən bu siyasət məqsədyönlü şəkildə 25 ildir ki, ermənilər tərəfindən davam etdirilir.
Azərbaycan ictimai fəalları adından bir daha beynəlxalq birliyi və beynəlxalq təşkilatları Ermənistan Respublikası və onun rəhbər şəxslərinin bu cinayətlar əməllərinə hüquqi-siyasi qiymət verilməsinə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasına, dinc sakinlərin, yaşlı insanların və uşaqların məqsədöyünlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə
19.07.2019
Azərbaycanda yeni internet televiziya yaradılıb
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info