“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamalıdır”
Tarix: 07.07.2017 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinin iyulun 4-də cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi ilə bağlı sualına cavabında bildiriblər. Çin XİN-in cavabında deyilir: Sözügedən hadisə barədə məlumatımız var. Ümid edirik ki, hər iki tərəf təmkinli olmaqda davam edəcək, vəziyyəti gərginləşdirən və ya kəskinləşdirən hər hansı hərəkətdən çəkinəcək, münaqişəni danışıqlar və dialoq yolu ilə həll edəcək, regionda sabitliyi birlikdə qoruyub saxlayacaq. Bunun üçün beynəlxalq ictimaiyyət konstruktiv rol oynamalıdır. Qeyd edək ki, Azərbaycanın Çindəki səfirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhranın həlak olması barədə Çin Xarici İşlər Nazirliyini məlumatlandırıb. Azərbaycan XİN-in məsələ ilə bağlı bəyanatı Çin tərəfinə təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info