Kipr danışıqları yenə nəticəsiz başa çatdı
Tarix: 07.07.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Çavuşoğlu: “Yunan tərəfinin tələb etdiyi “sıfır əsgər-sıfır təminat” sisteminin qəbulu nə Kipr türkləri, nə də Türkiyə üçün mümkün deyil”
İsveçrənin Kran-Montane şəhərində Kipr problemi üzrə beynəlxalq konfransda danışıqlar nəticəsiz başa çatıb. “RİA Novosti”-nin xəbərinə görə, bu barədə BMT baş katibi Antoniu Quterreş məlumat açıqlayıb. “Mən böyük təəssüflə bildirməliyəm ki, bütün nümayəndə heyətlərinin və görüş iştirakçılarının məsələdə maraqlı olmasına baxmayaraq, Kipr üzrə konfrans nəticəsiz başa çatıb” - deyə Quterreş bildirib. Xatırladaq ki, ən mürəkkəb məsələlər sırasında qoşunların adadan çıxarılması və Kipr üçün təzminatlar sisteminin ləğv edilməsi olub. BMT baş katibi bildirib ki, danışıqların nəticəsiz başa çatması o demək deyil ki, problemin həlli ilə bağlı yeni təşəbbüslər irəli sürülə bilməz. 10 gün ərzində BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqların uğursuz olması ilə bağlı tərəflər bir-birini ittiham edirlər. Danışıqlar xamanı ABŞ vitse-prezidenti Maykl Pens də Kiprin həm türk, həm də yunan tərəfinin liderlərini telefonla arayaraq danışıqların uğurla başa çatması ilə bağlı arzusunu ifadə etmişdi. Türkiyənin xarici işlər nazir Çavuşoğlu mətbuat konfransı keçirərək bildirib ki, rəsmi Ankara problemin ədalətli şəkildə həlli üçün üzərinə düşən hər şeyi edib: “BMT-nin keçmiş baş katibi Annan tərəfindən təklif edilən planın yunanlar tərəfindən rədd edilməsinə baxmayaraq Türkiyə olaraq adada ədalətin bərpası üçün hər cür addımlar atmışıq. Kiprin türk tərəfi də danışıqlar müddətində konstruktiv mövqe ortaya qoydu. Amma bizim bu qədər konstruktiv mövqedə olmağımıza baxmayaraq danışıqlar uğursuz başa çatdı. Bu vəziyyət BMT-nin missiyasının parametrləri daxilində problemin həllinin mümkünsüzlüyünü də ortaya qoymuş oldu. Danışıqların nəticəsi ilə bağlı prezident və baş nazirə detallı məlumat təqdim etdikdən sonra növbəti addımlarımızı müəyyən edəcəyik”. Çavuşoğlu bildirib ki, yunan tərəfinin tələb etdiyi “sıfır əsgər-sıfır təminat” sisteminin qəbulu nə Kipr türkləri, nə də Türkiyə üçün mümkün deyil. Onun sözlərinə görə adadan türk əsgərlərinin çəkilməsi və Türkiyənin “təminatçı dövlət” statusunun ləğv edilməsi mümkün deyil: “Onlar ilk gündən son günə qədər eyni mövqeni davam etdirdilər”. Türkiyənin xarici işlər naziri bildirib ki, mövqelərdə azacıq da olsa yaxınlaşma olsaydı, baş nazirlər adaya dəvət ediləcəkdi: “Bizim baş nazir Yıldırım İsveçrəyə gəlməyə hazir idi. Amma bu ortamı yaratmaq mümkün olmadı”. Qeyd edək ki, 53 ildir davam edən danışıqlar müddətində BMT-nin 6 baş katibi, Kiprin yunan hissəsinin 7, türk hissəsinin 3 prezidenti, Türkiyənin 10 prezidenti, 25 baş naziri, Yunanıstanın 11 dövlət başçısı və 26 baş naziri dəyişib. Amma problem həllini tapmayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info