Qəddafinin oğlu Liviyada siyasi böhranı kəskinləşdirə bilər
Tarix: 08.07.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


«Bu yaxınlarda azadlığa buraxılan keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin müasir ölkə həyatında heç bir rol oynamayacağı barədə fikirlər səsləndirilsə də, bununla belə, onun azad edilməsi Şimali Afrika ölkəsi olan Liviyada siyasi böhranın kəskinləşməsinə rəvac verə bilər». Bu fikirləri Liviya Milli Ordusunun rəsmi nümayəndəsi, polkovnik Əhməd Əl-Mismari bildirib: «Mən belə düşünürəm ki, Seyf əl-İslam Liviya həyatında heç bir rol oynamayacaq. Onun azadlığa buraxılmasına gəlincə isə fikrimcə, bu, ölkədəki böhranı gücləndirməyə hesablanmış bir addımdır».Liviyalı hərbçi bu fikirləri İtaliyanın «Nova» agentliyinə verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, altı il bundan əvvəl Cəmahiriyyə liderinin oğlunu əsir alan və bu müddət ərzində onu məhbus kimi saxlayan "Əbu Bəkr əs-Siddik" silahlı qruplaşması ötən ay Seyf əl-İslamı azadlığa buraxıb. Silahlı qruplaşma belə bir addımı «Liviya parlamentinin əfv elanına görə» atdığını bəyan edib. Maraqlıdır ki, sabiq ölkə liderinin azadlığa buraxılan oğlunun hazırda harada olduğu barədə çoxları məlumatsızdır. Başqa bir maraqlı nüans isə Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun Seyf əl-İslamın yenidən həbs edilməsi ilə bağlı çağırışıdır. Əl-Mismarinin sözlərinə görə, bu gün marşal Xəlifə Həftərin Liviya Milli Ordusu faktiki olaraq Liviyanın 90 faizini öz nəzarətində saxlayır. Ona görə də bu ərazilərdə hər hansı bir əməliyyatın aparılması və ya İtaliya sahillərinə qanunsuz miqrantların göndərilməsi barədə heç bir danışıq gedə bilməz: «Qanunsuz miqrantlar Liviyanın, əsasən, İtaliya hakimiyyətinin də dəstəklədiyi Misrata, Tripoli, Sabratha və Zuvara kimi liman şəhərlərindən göndərilir. Amma bizim bütün bunlara son qoymaq üçün xüsusi bir planımız da mövcuddur»-deyə, polkovnik bildirib. Əl-Mismariyə görə, Liviya Milli Ordusu Tripoli başda olmaqla ölkənin digər liman şəhərlərini nəzarətə götürməklə, Liviyadan Avropaya göndərilən qanunsuz miqrant axınının qarşısını almağa çalışacaq.
«Nova» agentliyinə verdiyi açıqlamada livanlı hərbçi Həftər ordusunun yaxın altı ay ərzində Tripoliyə girəcəyini bir daha təsdiqləyib. Əl-Mismari hazırda ölkədə Fayez Sərracın rəhbərlik etdiyi Milli Konsensus hökumətinin mandatının başa çatacağı günü gözlədiklərini də gizlətməyib.
Bir daha xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra onun özünün və yaxınlarının ələ keçirilməsi uğrunda əməliyyatlar aparılırdı. Ölkədə baş qaldıran üsyançılar ilk olaraq Qəddafi və onun oğlu Muatasemini öldürdülər. Qəddafinin başqa bir oğlu Hamis Tripolinin bombalanması zamanı öldürüldü. Qəddafinin ən sadiq tərəfdarlarından biri olan oğlu Seyf əl-İslam həbs edilib, 2015-ci ildə ölüm cəzasına məhkum edilsə də, göründüyü kimi, bu icra həyata keçirilməyib. Liviya liderinin başqa bir oğlu Saadi Nigeriyaya qaça bilsə də, sonradan həbs edilərək Liviyaya təslim edildi. Qəddafinin qızı Aişə həyat yoldaşı, Muhammed və Hannibal adlı iki övladları ilə Əlcazair ərazisinə qaçaraq, bu ölkədən siyasi sığınacaq aldılar.
Qəddafi hakimiyyətinin süqutundan sonra, bu gün də Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində - Tobrukda xalqın seçdiyi parlament, Qərbində isə- Tripolidə BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşan Milli Konsensus hökuməti hakimiyyətdədir. Qeyd edək ki, ölkənin şərqində hökumət Tripolidən asılı olmadığını və müstəqil fəaliyyət göstərdiyini bəyan edərək Liviya Milli Ordusu ilə birgə ölkədəki radikallara qarşı müharibə aparır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info