“ADA” Universiteti XI Bakı Yay Enerji Məktəbini keçirir
Tarix: 10.07.2017 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


İyulun 10-da “ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbinin açılışı olub.
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR, BP və Exxon Mobil şirkətlərinin dəstəyi ilə iyulun 9-dan 21-nə kimi XI Bakı Yay Enerji Məktəbini keçirir.
Bakı Yay Enerji Məktəbi “ADA” Universitetinin həyata keçirdiyi ilk təlim proqramlarından biridir. Təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır. “ADA” Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 14 ölkədən tələbə və müəllim heyətini cəlb edib. İki həftə ərzində məktəb iştirakçıları Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti ilə bağlı yüksək səviyyəli rəsmilər və nüfuzlu təhlilçilərdən ibarət ekspert qrupunun mühazirələrini dinləyəcək, enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarəedilməsi kimi vacib mövzuları əhatə edəcək, əldə etdikləri biliklərini interaktiv məşğələlər üçün istifadə edəcəklər.
Təlim proqramı zamanı beynəlxalq dinləyici qrupu qarşısında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, maliyyə nazirinin müavini Emin Hüseynov, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın birinci vitse-prezident Xoşbəxt Yusifzadə, vitse-prezidenti Elşad Nəsirov çıxış edərək respublikamızın enerji strategiyasının prioritetləri barədə ətraflı məlumat verəcəklər. İki həftəlik proqramın sonunda məktəb iştirakçıları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sertifikatlarla təltif ediləcəklər. Mühazirələrlə yanaşı məktəb iştirakçıları həmçinin Səngəçal Neft terminalı, Təmiz Şəhər ASC-nin Tullantıların Yandırılması və Çeşidlənməsi zavodları ilə tanış olacaq, Milli Tarix Muzeyi, Nobel Qardaşları Muzeyi, İçərişəhərə ekskursiyalarla Azərbaycanın neft tarixi barədə təsəvvür yaradacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info