İki dinc sakinin qətli Ermənistanın azərbaycanlıara qarşı soyqırım siyasətinin bir hissəsidir
Tarix: 10.07.2017 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi" (TÜİB) Füzuli rayonunun Alıxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "İyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribat həyata keçirərək Füzuli rayonunun Alıxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki kənd sakini qətlə yetirilib, bir nəfər yaralanıb, kəndin infrastrukturuna və əhalinin mülkiyyətinə böyük ziyan dəyib.
Atəş nəticəsində dinc sakinlərin - 3 yaşlı körpə Zəhranın və onun nənəsinin qətli Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırım siyasətinin bir hissəsidir.
Artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-dən çoxu Ermənistan tərəfindən işğal edilib, milyonlarla azərbaycanlı qardaş-bacılarımız öz ev-eşik və torpaqlarını itirərək, öz vətənlərində məcburi köçkün həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.
Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısında baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur.
Bütün bunlara baxmayaraq, qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir.
Sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi"nin bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər. Bu dövrdə Azərbaycan bizim ikinci anna vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
İndi də baş verənləri – Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayır və Azərbaycana dəstəyimizi bəyan edirik. TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanında və onun bir hissəsiyik.
Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ermənilərdən azad edilməsi və orada yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.
Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info