Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Tarix: 10.07.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ötən həftə Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.
İyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədinin fotosunu yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə əzilmiş və qana bulaşmış uşaq müqəvvaları qoyublar.
TEAS-dan APA-ya verilən məlumata görə, bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.
"Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.
Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.
Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir", - deyə məlumatda bildirilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info