50 nəfər əlilliyi olan şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib
Tarix: 10.07.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Cari ildə nazirlik tərəfindən artıq 965 nəfər əlilliyi olan
şəxsin istirahəti təşkil edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan daha 50 nəfər xüsusi nəqliyyat vasitəsi ilə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
Yola salınan əlilliyi olan şəxslər onların sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən razılıqla bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, habelə səfalı guşələrdə istirahət etmələrinə imkan yaradıldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Həmin insanların yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə təmin olunması, onlara cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, aparılan işlərin bir istiqaməti də əlilliyi olan şəxslərin hər il yaz-yay mövsümündə istirahətinin təşkil olunmasına yönəlib. Cari ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər aparılır.
Belə ki, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 965 nəfərin istirahətinin təşkil edilməsi təmin olunub. Həmin şəxslərin 400 nəfəri Xaçmaz (Nabran), 365 nəfəri Lənkəran, qalan hissəsi isə Quba rayonunda yerləşən istirahət mərkəzlərinə göndəriliblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info