Arda Turan: “Fəxr edirəm ki, üzərində Azərbaycan yazılmış formanı geyinirəm”
Tarix: 29.04.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


“Ən çox xoşuma gələn yer Bayraq meydanı oldu, orda şəkillər də çəkdirdim”

İspaniyanın “Atletiko” klubunun və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfərləri və “Bakı”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. O, öncə bunları dilə gətirib:

- Biz Şəhidlər xiyabanında olduq. Şəhid olmuş türk əsgərlərinin xatirəsini yad etdik. Bu, məni çox təsirləndirdi. Hamıya məlumdur ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Sizin problem bizim probleminizdir, bizim qələbə sizin qələbənizdir.
- Son səfərinizlə müqayisədə burda çoxmu şey dəyişib?
- Bəli. Bakı daha maraqlı olub. Hər şey daha gözəldir.
- Sizin ən çox xoşunuza gələn nə oldu?
- Bayraq meydanı. Orda özümə şəkillər də çəkdirdim. Yaxşı xatirə olacaq.
-Yoldaşlıq oyunu haqda nə deyə bilərsiniz?
- “Bakı”ya qarşı oynamaq maraqlı olacaq. Bu görüşün nəticəsi o qədər də önəmli deyil. Bu, yaxşı bir şou olacaq. Əsas məqsəd klublar arasındakı münasibətləri daha da yaxşılaşdırmaqdır. Tezliklə “Bakı” da Madridə gələcək. Şou göstərməyə çalışacağıq.
- Bəs siz meydana çıxacaqsınız? Axı bir aya yaxındır zədə səbəbindən komandanıza kömək edə bilmirsiniz...
- Oynamağa çalışacam. 90 dəqiqə olmasa da, meydanda olmaq istəyirəm.
-Sizin üçün üzərində “Land of Fire Azerbaijan” yazılan formanı geyinmək nə dərəcədə önəmlidir?
- Mən bu formanı geydiyim üçün qürur duyuram. Ola bilər ki, “Atletiko”nun digər futbolçuları üçün bu, o qədər də böyük önəm kəsb etmir. Amma mənim üçün bu, tam fərqli məna daşıyır.
-Komandanızın İspaniya Kubokunun finalındakı şanslarını necə qiymətləndirirsiniz?
- “Real”la oynasaq da, şanslarımızın bərabər olduğunu düşünürəm. Biz La Liqanı qazanmaq şansımızı itirmişik, avrokuboklarda mübarizəni dayandırmışıq. İndi titul qazana biləcəyimiz bircə turnir qalıb. Mövsümü titulla bitirmək istəyirik.
- “Fənərbaxça”nın Avropa Liqasını qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Onlara uğurlar arzulayıram. Bu komanda bütün türk dünyasını təmsil edir. Ümid edirəm ki, çempion olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info