Gənclər “Bakcell” şirkətində təcrübə keçməyə başlayırlar
Tarix: 10.07.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.
Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edəcəklər. “Bakcell” şirkəti 2 ay ərzində təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün onlara müvafiq təqaüd ödəyəcək. Təcrübə proqramı başa çatdıqda isə bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təmin olunacaqlar.
Qeyd etmək lazımdır ki, bu il “Smart Start” proqramına maraq göstərən 1000-dən artıq gənc proqramda iştirak etmək üçün müraciət formasını təqdim edib. Onlardan 188 nəfər birinci seçim mərhələsindən keçərək şirkətin Kadrlar şöbəsi tərəfindən müsahibələrə dəvət olunub və bu mərhələni keçən 42 namizəd şirkətin Satış və Marketinq şöbələrində çalışan faktiki təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən müsahibələrdə iştirak ediblər. Təcrübə proqramında iştirak hüququnu isə yalnız 8 gənc qazana bilib.
Tələbə və məzunlar üçün nəzərdə tutulmuş bu proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, hal-hazırda “Smart Start” təcrübə proqramının məzunlarından 12 nəfəri artıq “Bakcell” şirkətinin müxtəlif şöbələrində işlə təmin olunub, digər məzunlar isə şirkətdə yeni yaranan vakansiyalara potensial namizəddirlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info