BANM-in məzunu Stenford Universitetinə magistr səviyyəsinə qəbul olunub
Tarix: 10.07.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Riyad Muradov dünyanın ikinci ən nüfuzlu universiteti olan Stenford Universitetinə (ABŞ) magistr səviyyəsinə təqaüdlə qəbul olunub. Bu barədə BANM-dən məlumat verilib.
R.Muradov 2012-ci ildə qəbul imtahanında 645 bal toplayaraq Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub. Bu il isə ABŞ-ın Stenford Universitetinin təqaüdlü magistri olmaq şansını qazanıb. “Həyatım boyu arzum olub ki, dünyanın ən nüfuzlu universitetlərdən birində təhsil alım və bu arzumu gerçəkləşdirməkdə mənə ən böyük dəstəyi məhz BANM verib. Stenford Universiteti “QS World University Rankings” beynəlxalq reytinq təşkilatının dünya üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlində ikincisidir. Belə qabaqcıl universitetə qəbul olmaq üçün gərək daim öz üzərində işləyəsən, yaxşı oxuyarsan, məqsədinə nail olmaqda israrlı olasan. Bundan əlavə, məqsədə doğru düzgün yolu tapmalısan. Əvvəlcə mən IELTS imtahanlarından uğurla keçdim, sonra GRE imtahanı verdim, BANM-də aldığım qiymətlərim üzrə ümumi orta müvəffəqiyyət göstəricim də yüksək oldu. İmtahan mərhələsindən sonra mən ABŞ-ın bir neçə universitetləri üçün elmi-tədqiqat layihəsi təqdim etdim. ABŞ-ın üç universitetindən müsbət cavab aldıqdan sonra Stenfordu seçdim”, - deyə R.Muradov bildirib.
Söz yox ki, BANM-də əldə etdiyi bilik və bacarıqlar, zəngin praktiki təcrübə onun Stenford Universitetinə qəbul olunmağında böyük rol oynayıb. Bu barədə danışan Riyad BANM-in rektoru Elmar Qasımova, müəllimlərinə, həmçinin BANM-in yaxın əməkdaşlıq etdiyi Neft Qaz Mühəndisləri Cəmiyyətinin nəzdində olan gənc istedadların proqramının rəhbəri Elşən Rzayevə minnətdarlığını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info