UNEC-in bir qrup müəllimi təqaüdə yola salınıb
Tarix: 10.07.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


UNEC-in bir qrup müəllimi təqaüdə yola salınıb. UNEC-in rektoru, professor Ədalət Muradov həmin müəllimlərlə görüşdə onların uzun illərdir iqtisadçı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətləri olduğunu bildirib. Onların eyni zamanda universitetin ictimai-siyasi həyatında da fəal iştirak etdiklərini diqqətə çatdırıb. Əməkdar müəllimlər, UNEC-in fəxri professorları Şakir Bədəlov, Rafiq Bəşirov, Asif Kərimov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəmbər Əliyev və baş müəllim, UNEC-in fəxri dosenti Rəfiqə İbrahimova UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda beynəlxalq reytinqlərdə yer almasından, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsindən qürur duyduqlarını bildiriblər. Əməkdar müəllim, UNEC-in fəxri professoru Asif Kərimov bu ali təhsil ocağının son 50 ilindən söz açaraq, “doğma universitetimin bu günü ilə qürur duyuram”, deyə bildirib. UNEC rektoru onların daima doğma kollektivlə dostluq əlaqələrini qoruyub saxlayacaqlarına əminliyini ifadə edib. Görüşün sonunda müəllimlər universitetin inkişafına verdikləri töhfələrə, gənc nəslin yetişməsində, peşəkar mütəxəssilərin hazırlanmasında nümunəvi xidmətlərinə və səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info