“Həmsədrlər substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur”
Tarix: 10.07.2017 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, münaqişənin substantiv danışıqlar yolu ilə həlli prosesindən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasından boyun qaçıran tərəf məhz Ermənistandır. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Ermənistan texniki-köməkçi vasitələrlə danışıqlar prosesinin mahiyyətindən, yəni işğala son qoymaq və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarının çıxarılmasından yayınmağa çalışır".
Mətbuat xidmətinin rəhbəri əlavə edib: "Ermənistan tərəfi qəsdən və məqsədyönlü şəkildə təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini hədəfə alır və bunun nəticəsində 4 iyul tarixində Alxanlı kəndində 2 yaşlı qızcığaz və onun nənəsi həlak olub, daha bir qadın isə yaralanıb. İndi Ermənistan xarici işlər naziri hər hansı mənəvi-etik çərçivələrdən kənar bir şəkildə insanlıq əleyhinə olan bu cinayətə, qəsdən azyaşlı uşağın öldürülməsinə bəraət qazandırır".
XİN rəsmisi bildirib ki, Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir: "Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etməyin yeganə yolu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair planının Ermənistan tərəfindən həyata keçirilməsidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info